Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə kondisioneri ixtira edən şəxsin adına ehsan paylanıldı - FOTO+VİDEO
Tarix: 20-07-2023 | Saat: 11:38
Bölmə:Karusel / Hadisə / Dünya / Foto-fakt | çapa göndər

Havanın temperaturunun 40 dərəcəyə yaxınlaşdığı Türkiyənin Adana şəhərində bir qrup şəxs kondisionerin ixtiraçısı, amerikalı mühəndis Uillis Haviland Karrierin adına ehsan paylayıb.

Adanalılar kondisionerin icadının 121-ci ildönümü münasibətilə güllaç paylayıb, amerikalı mühəndisin ruhunu dualar oxuyublar.

Afrika və Bəsrədəki istilərdən sonra üçüncü isti dalğasının gözlənildiyi günlərdə Adanada kölgədə 40 dərəcəni keçən qızmar hava həyata mənfi təsir edib. Yayı rayonda sərin yaylalarda və ya bağ evlərində keçirmək imkanı olanlar şəhəri tərk ediblər. İmkanı olmayanlar isə məcbur olmadıqca çölə çıxmır, evlərindəki, iş yerlərindəki kondisionerlər sayəsində sərinləşirlər. 

Bir qrup vətəndaş 17 iyul 1902-ci ildə icad edilən kondisionerin ixtiraçısı amerikalı mühəndis Uillis Haviland Carrierin xatirəsini yad etmək üçün Çukurova mahalı Bülent Angın Bulvarında insanlara şirniyyatlar paylayıblar.


 

 



  • PAYLAŞ




Xəbəri paylaş

2828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___