Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ATV-dən İlkinlə bağlı açıqlama: İşinin başındadır
Tarix: 17-06-2019 | Saat: 14:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov sosial şəbəkələrdə telekanalın jurnalisti İlkin Xəlilovun və “ATV xəbər”in baş redaktoru Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərinə münasibət bildirib. 
Azər Xəlilov açıqlamasında bildirib ki, yayılan informasiya yanlışdır:
“İlkin Xəlilov işinin başındadır. Ona təzyiq etməmişik. Yayılan informasiya həqiqətə uyğun deyil. Bilmirəm, belə “informasiya” niyə yayılır? Bunu kim yayırsa, ondan da soruşun! Rəsmi şəkildə bəyan edirəm ki, İlkin işindən uzaqlaşdırılmayıb. Bəyan edirəm ki, sizin eşitdiyiniz məlumat düzgün deyil. Eynisi Vaqif Aydınoğluya da aiddir. O da işinin başındadır”.
Xatırladaq ki, sosial şəbəkələrdə ATV telekanalının tanınmış jurnalisti İlkin Xəlilova gənclərdən ibarət milli komandanın (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə məğlubiyyətindən (0:1) sonra hazırladığı reportaja görə təzyiq göstərilməsi ilə bağlı məlumat yayılıb. Telejurnalist öz reportajında Lixtenşteynin gənclər yığmasına tarixində ilk qələbəni hədiyyə edən milli komandanı tənqid edib. Bundan sonra telekanal rəhbərliyinin ona təzyiq göstərdiyi və işindən uzaqlaşdırıldığı deyilirdi.


Xəbəri paylaş

4138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___