Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı həyat yoldaşına özəl təyyarə ilə şirniyyat gətizdirən iş adamı iflas etdi
Tarix: 20-10-2022 | Saat: 10:06
Bölmə:Karusel / Dünya / Şou-Biznes | çapa göndər

Azərbaycanlı həyat yoldaşına özəl təyyarə ilə şirniyyat gətizdirən iş adamı iflas etdi


Azərbaycanlı model ilə ailə həyatı quran Türk-Amerikan İş Adamları Dərnəyinin rəhbəri Ekim Alptekin iflas edib.

Bununla bağlı məhkəməyə müraciət olunub.

Belə ki, keçən il Yelena E.-nin birbaşa iflas tələbi ilə İstanbul Anadolu Ticarət Məhkəməsinə təqdim etdiyi iş materiallarında verilən məlumata görə, EA İnşaat şirkətinin iflasına səbəb olan hadisələr aşağıdakı kimi təsvir edilir:

Yelena E., köhnə ünvan M Karasu İnşaat, yeni ünvanda EA Mühendislik Müteahhitlik İnşaat firması 2011-ci ildə Beykoz Anadolu Hisarıda 8 mənzilli layihənin birinci mərtəbəsində yerləşən 2 mənzilin satışı üçün, bir milyon 100 min avro üstəgəl ƏDV.  razılaşdırılıb. Mehmet Karasu da müqavilədə tikinti şirkətinin zamini kimi yer alıb. Müqaviləyə əsasən, mənzillər 3 il ərzində təhvil verilməli idi. Lakin mənzillər Yelena E-yə verilməyib.

Yelena E. tikinti şirkətinin onun hüquqlarını pozan saxtakarlıqlara yol verdiyini və müqavilədə göstərilən ödənişlərin ona edilmədiyini iddia edərək, birbaşa iflas iddiası qaldırıb.Yelena E. izah edib ki, mənzillər təhvil verilməyib və müqavilədəki maddəyə əsasən, 65 aylıq, hər ay 2 min dollar icarə haqqı ödənilməyib. EA İnşaat isə 10 illik iddia müddətinin keçməsinə, əsassız varlanmaya və müqavilə ilə bağlı iddia müddətinin bitməsinə etiraz edərək işin rədd edilməsini tələb edib.

Qeyd edək ki, Azərbaycanlı modellə ailəli olan türkiyəli iş adamı 2016-cı ildə həyat yoldaşı Nigar Talıbzadə və dostlarına özəl təyyarəsi ilə İstanbuldan Yunanıstanın Mikonos adasına məşhur türk şirniyyatı künəfə gətizdirməsi ilə məşhurlaşmışdı.

"Unikal" 



Xəbəri paylaş

6958 dəfə oxunub.

Digər xəbərlər
10-10-2016, 20:14 Portağalın 6 faydası
20-11-2015, 21:26 Putin İrana gedir

bütün xəbərlər
____ Instagram ___