Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qohumlarının evindən yarım milyon manat oğurlayıb, mərcdə uduzdu - Saatlıda ŞOK
Tarix: 28-06-2023 | Saat: 10:27
Bölmə:Karusel / Hadisə | çapa göndər

Saatlı Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Elvin Vəliyev saxlanılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin mart-iyun ayları ərzində qohumlarının ölkə hüdudlarından kənarda olmasından istifadə edərək dəfələrlə onlara məxsus evə qanunsuz daxil olub və otaqların birində olan seyfdən 5000000 rubl, 128800 dollar, 12000 avro, 50000 manat pul və 100000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Zərərçəkənlərə ümumilikdə 490000 manatdan çox maddi ziyan vuran E.Vəliyev oğurluq yolu ilə əldə etdiyi qənimətləri isə onlayn mərc oyunlarında uduzub.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



 


Xəbəri paylaş

998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___