“Facebook” hesabları kütləvi şəkildə silinir
Tarix: 23-03-2018 | Saat: 11:58
Bölmə:Karusel / Texnologiya | çapa göndər
“Cambrigde Analytica” şirkəti ilə bağlı qalmaqal fonunda “#deletefacebook” - “Facebook hesabını ləğv et” çağırışlı fleşmob keçirilir.
Bu barədə “Euronews” məlumat yayıb.
Bu heşteqlə çıxan məlumatlarda, populyar sosial şəbəkədən imtina və hesabın silinməsi ilə bağlı tövsiyə xarakterli resurslar təqdim olunur.
Kütləvi virtual aksiyaya “Cambridge Analytica” şirkətinin 50 milyondan çox “Facebook” istifadəçisinin şəxsi məlumatlarından öz məqsədləri üçün icazəsiz istifadə etməsi haqqında xəbərlərin yayılması təkan verib.
İddiaya görə, Donald Trampa aid şirkətin mənafeyindən çıxış edən “Cambridge Analytica” seçicilərin nəyə üstünlük verdiyini araşdırıb və bunun əsasında seçicilərin siyasi seçimlərinin təhlili alqoritmini ərsəyə gətirib.
“Facebook” təsisçisi Mark Zukerberq buna görə üzrxahlıq edərək, “insanların etimadını doğrultmadığına" görə təəsüfləndiyini bildirib.
O, qalmaqalla əlaqədar Konqresdə ifadə verməyə hazır olduğunu diqqətə çatdırıb.
Zukerberq eyni zamanda bildirib ki, “#deletefacebook” aksiyasının keçirilməsinə baxmayaraq, sosial şəbəkə istifadəçilərinin sayında böyük azalma nəzərə çarpmır.
Xəbəri paylaş
7468 dəfə oxunub.
Digər xəbərlər

2-01-2017, 12:32
Bayram günləri Bakıda 369 nəfər xəstəxanaya yerləşdirilib
14-04-2021, 19:48
Şuşaya atılan “İsgəndər” labirinti... - Putin məsuliyyəti niyə hərbçilərin üzərinə atır?
1-06-2016, 17:40
Qadınlar arasında “Ərdoğan müharibəsi” – Video
23-11-2017, 12:34
Düşmən atəşkəsi 122 dəfə pozdu -Cəbhədən xəbər
2-08-2015, 12:39
Bu gün Azərbaycan Kinosu Günüdür
29-04-2016, 00:37
İran: "Suriya istəsə, hər cür dəstəyi verəcəyik"
29-04-2016, 22:05
Prezident: "Elə bir rayon qalmayacaq ki..."
25-12-2021, 12:14
2 saylı Baza Tibb Kollecində BOĞAZA QƏDƏR RÜŞVƏT... - ÖZBAŞINA QALIB...
7-08-2016, 23:09
İstanbul dalğalanır - milyonlarla insan meydanda- FOTOLAR