Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hafiz Məmmədov barəsində məhkəmə qərarı dəyişdirildi
Tarix: 14-04-2022 | Saat: 22:58
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Aktual | çapa göndər

Tanınmış iş adamı Hafiz Məmmədovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib.
Bu barədə Hafiz Məmmədovun vəkili Orxan Cəfərbəyli məlumat verib.

O bildirib ki, Hafiz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəzlənib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanılıb.

Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilsə də, sonradan borcun müəyyən hissəsi ödənildiyi üçün o, ev dustaqlığına buraxılıb.


Xəbəri paylaş

4548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___