Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda kişi qadının qulağını kəsdi, nəvəsini bıçaqladı: “Cinlər mənə dedi ki...”
Tarix: 24-02-2023 | Saat: 10:51
Bölmə:Karusel / Hadisə | çapa göndər




Şəmkir rayonunda ruhi-əsəb dispanserində müalicə almış şəxs qonşularına xəsarət yetirib. 

 F.Məmmədov adlı şəxs qonşusunun evinə gələrək, onlara bıçaq zərbələri endirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini Natiq Abbasovun daxilə keçmiş, Sevda Abbasovanın qulağının kəsilmiş-deşilmiş və ailənin azyaşlı nəvəsinin sifət nahiyəsinin bıçaq xəsarətləri almaları barədə məlumat daxil olub:

"Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, araşdırmalar nəticəsində qeyd olunan şəxslərə xəsarətləri yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir".

Qeyd edək ki, o, ifadəsində "Cinlər mənə dedi ki, onları bıçaqlayım", deyə qeyd edib.

--------

08:47

Şəmkir rayonunda üç nəfər yaşadıqları evdə bıçaqlanıb.

Bıçaq xəsarətləri alan baba, nənə və nəvə xəstəxanaya yerləşdiriliblər.

Hadisənin təfərrüatı məlum olub.

Hadisə gecə saatlarında, ev sahibləri yatan zamanı baş verib.

Belə ki, Fuad adlı şəxs evə daxil olaraq 1972-ci il təvəllüdlü Sevda Abbasova, 1968-ci il təvəllüdlü Natiq Abbasov və nəvələri, 2014-cü il təvəllüdlü X. Abbasovanı bıçaqlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq polis tərəfindən saxlanılıb.

 Oxu.Az




Xəbəri paylaş

1328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___