Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Habil Əliyev kritik durumdan çıxıb" - Həkim - YENİLƏNİB
Tarix: 20-08-2015 | Saat: 14:10
Bölmə:Karusel / Şou-Biznes / M2 / Məşhurların Taleyi | çapa göndər

"Habil Əliyev kritik durumdan çıxıb" - Həkim - YENİLƏNİB
Xeberaz.az xəbər verir ki, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə edilən xalq artisti Habil Əliyevin vəziyyəti ağır-stabil olaraq qalır. Bu barədə Lent.az-a açıqlamasında sənətkarın həkimi reanimatoloq Səbinə Qasımova bildirib. O əlavə edib ki, H. Əliyev tam olaraq süni tənəffüs aparatından ayrılmayıb: “Vəziyyəti yoxlamaq üçün, müalicənin nəticə verib vermədiyini bilmək üçün süni tənəffüs aparatından ayırırıq, sonra yenidən qoşuruq. Yaşam reaksiyaları var, ətrafa reaksiya verir. Hələ konkret heç nə deyə bilmərik. Müalicəni davam etdiririk və effektini gözləyirik”.

Türkiyədən gələn professor haqqında açıqlama verən S. Qasımova türk həkimin heç bir müalicə təyin etmədiyini deyib : “15 dəqiqə müayinə etdi, müalicə ilə tam razı olduğunu bildirdi və həmin gün də getdi. Bizim müalicələr kritik durumdan çıxarıb və stabil saxlayır. Müsbətə doğru irəliləyiş olan kimi reanimasiyadan çıxarılacaq. Tibb elə bir sahədir ki, hər dəqiqə dəyişiklik ola bilər. Ona görə də öncədən proqnoz vermək istəmirik. Reanimasiyadan çıxanadək vəziyyət ağır olaraq qiymətləndirilir. Hələ ki, ciddi müsbət dəyişiklik yoxdur”.

Xatırladaq ki, avqustun 16-da xalq artisti, kamança ustası Habil Əliyevin vəziyyəti ağırlaşıb və o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 88 yaşlı sənətkar ürək və ağciyər xəstəliyindən əziyyət çəkir.


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___