Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın bürcü nədir? – Zirəddin açıqladı
Tarix: 19-10-2023 | Saat: 11:37
Bölmə:Karusel / Qoroskop | çapa göndər

Tarixi qələbə ilə bitən Vətən müharibəsinin simvollarından biri də 44 rəqəmidir. Adətən numerologiyada rəqəmlər belə hesablanır: 44 - 4+4=8, 8+8=16, 1+6=7.

Son alınan rəqəm 7-dir. 7 müqəddəs rəqəm hesab olunur.

Bəs numerologiyada 44 rəqəmi haqda nə deyilir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, tanınmış ekstrasens Zirəddin Rzayev deyib ki, qoşa rəqəmlərdə enerji və güc var.

Onun sözlərinə görə, 44 rəqəmi qeyri-adi gücə malikdir:

"44 günlük Vətən müharibəsində ölkəmizin qalib gəlməsi bir daha onu göstərir ki, həmin rəqəm doğrudan da Azərbaycan üçün uğurludur. 44 rəqəminin hesablanması 7 rəqəmini ortaya çıxarır.

Səhv etmirəmsə, qədim misirlilər, fironlar da 7 rəqəminin uğurlu olduğuna inanıblar. Həm də 7 göy, 7 yer, 7 cənnət deyirik".

Ekstrasens deyib ki, hər bir regionun, dövlətin, özünəməxsus bürcü var:

"Azərbaycanın bürcü əqrəb bürcüdür. Mən də əqrəb bürcü altında dünyaya gəlmişəm. Bəzən özümdə olan bu hissləri, gücü Azərbaycanla əlaqələndirirəm".



Xəbəri paylaş

3008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___