Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azəriqaz”dan əhaliyə MÜRACİƏT: Yanvarın 1-dən...
Tarix: 24-12-2022 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm | çapa göndər



Ölkə ərazisində istifadə olunan smart-kart tipli qaz sayğaclarının tarif limitinin yenilənməsi avtomatik olaraq 2022-ci ilin dekabrın 31-dən 2023-cü ilin yanvarın 1-ə keçən gecə baş tutacaq.

Bu sözləri "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

Şöbə rəisinin sözlərinə görə, hazırda Azərbaycanda smart-kart tipli qaz sayğaclarından istifadə edən abonentlərin sayı 1 milyona yaxındır: "Qalan 1,4 milyona yaxın abonentimizin, mexaniki, sonradan ödənişli sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi prosesi bir neçə gün vaxt alacaq".

O əlavə edib ki, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən, mexaniki sayğaclarda limitlərin yenilənməsi yanvar ayının 10-a qədər təmin olunmalıdır: "Amma qarşımızda qoyduğumuz əsas hədəflərdən biri odur ki, limitlərin yenilənməsi prosesi yanvar ayının 6-na qədər icra olunsun".






Xəbəri paylaş

2438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___