Erməni üzərində qələbə
Tarix: 01-07-2016 | Saat: 17:19
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-Pri yarışına start verilib.
"Xəbəraz.az " xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi aktivinə bir medal yazdırıb.
60 kq çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy mübarizəyə 1/4 finaldan qoşulub. İlk qarşılaşmasında monqolustanlı Ser-Od Nasanyarqala uduzan Məmmədsoy təsəlliverici görüşə qatılıb. Bu mərhələdə təmsilçimizin çıxışı uğurlu alınıb. O, ilk olaraq Rusiya cüdoçusu Maksim Burnaşev üzərində inamlı qələbə qazanıb. Davud Məmmədsoy həlledici qarşılaşmada daha bir rusiyalı idmançı Albert Monquşa qalib gələrək bürünc medala sahib olub.
66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli də ilk görüşünü məğlub başa vurub. Şirinli təsəlliverici qarşılaşmada Rusiyanı təmsil edən erməni əsilli Paylak Qaloyanı mübarizədən kənarlaşdırsa da, bürünc medal uğrunda mübarizədə sloveniyalı Andraz Jerebiyə uduzaraq Pran-Pridə 5-ci olub.
Qeyd edək ki, 13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı Qran-Pridə Azərbaycan millisi 14 cüdoçu (13 kişi, 1 qadın) ilə təmsil olunur.
Xəbəri paylaş
7238 dəfə oxunub.
Digər xəbərlər

17-11-2019, 14:54
Bakıda ağır yol qəzası - ölənlər və yaralılar var
5-01-2023, 14:29
Bu tarixdə Bakıya qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ
17-02-2023, 10:51
Bakıda kişi sevgilisini hotelin 6-cı mərtəbəsindən yerə ATDI
16-06-2017, 11:02
Prezident İlham Əliyev Aİ komissarı Yohannes Hanı qəbul edib
4-02-2016, 11:34
Toylar azalıb, menyular dəyişir (VİDEO)
24-02-2018, 19:06
Prezidentliyə namizəd kimlərdi?
14-05-2018, 14:32
MTRŞ-dən İTV-nin yeni baş direktoru ilə bağlı açıqlama - TV-nin yaydığı xəbər təkzib olundu