Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Xəstələrə pulsuz verilməli olan dərmanların siyahısı açıqlandı - SİYAHI
Tarix: 8-04-2015, 15:28 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / Səhiyyə / M2 / Ekskluziv | çapa göndər

Xəstələrə pulsuz verilməli olan dərmanların siyahısı açıqlandı - SİYAHI
Dövlət büdcəsindən vəsait ayrılır.

Azərbaycanda müəyyən dövlət proqramları çərçivəsində xəstələrə pulsuz verilməli olan dərmanların siyahısı açıqlanıb.

Xeberaz.az xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, 10 dövlət proqramı üzrə müəyyən qrup xəstələrə pulsuz dərmanlarla təmin olunması üçün dövlət büdcəsindən vəsait ayrılır.

Bunlara “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “Yoluxucu xəstəliklərin immunoproflaktikasına dair Tədbirlər Proqramı”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”, “Şəkərli diabet üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə”, “Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi qaydası" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları", “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” daxildir.

“Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə həyatı vacib və digər dərman preparatlarının siyahısında 229 dərman və dərman preparatı var (Cədvəl 1).

“Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”na əsasən əhaliyə pulsuz verilən dərmanların siyahısında 17 adda dərman preparatı və tibbi təchizat vasitələri (TTV), 702 reaktiv, reagent və laborator ləvazimatlar var (Cədvəl 2).

“Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nda əhaliyə 60 dərman preparatı və TTV-nin, Hemodializ üçün 13, Periton dializ üçün 10 dərmanın, 130 reaktiv, reagent və laborator ləvazimatların pulsuz verilməsi nəzərdə tutulur (Cədvəl 3).

Yoluxucu xəstəliklərin immunoproflaktikasına dair Tədbirlər Proqramı”na əsasən əhaliyə 12 dərman preparatları və TTV pulsuz verilir (Cədvəl 4).

“Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”nda əhaliyə pulsu verilməli olan dərman ləzazimatlarının siyahısında 11 dərman preparat və TTV, 28 reaktiv, reagent və laborator ləvazimatların adı var (Cədvəl 5).

“Şəkərli diabet üzrə Dövlət Proqramı”nda 19 dərman preparatı və TTV-nin əhaliyə pulsuz verilməsi barədə göstəriş qeyd olunub (Cədvəl 6).

“Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə”yə əsasən 22 dərman preparatları və TTV-nin, 25 reaktiv, reagent və laborator ləvazimatlar əhaliyə pulsuz paylanmalıdır (Cədvəl 7).

“Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nda isə 27 dərman preparatı və TTV-nin, 59 reaktiv, reagent və laborator ləvazimatların əhaliyə pulsuz verilməli olduğu əksini tapıb (Cədvəl 8).

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi qaydası"na əsasən 35 dərman preparatı və TTV, 14 reaktiv, reagent və laborator ləvazimatlar əhaliyə pulsuz verilir (Cədvəl 9).

“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”da isə əhaliyə 20 dərman preparatı və TTV-nin pulsuz verilməsi nəzərdə tutulur (Cədvəl 10).

Qeyd edək ki, Azərbaycanda stasionar tibb müəssisələrində müalicə olunan və imtiyazlı qruplara daxil olan xəstələr də dərman preparatları və tibbi ləvazimatları ilə təmin olunurlar. Ölkədə stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə isə 99 adda dərman preparatları pulsuz paylanılır.

3428 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
____ Instagram ___