Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ölümə aparan gizli xəstəliklər: Onların əlaməti olmur – SİYAHI
Tarix: 13-11-2022 | Saat: 12:39
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Bir sıra xəstəliklər var ki, onlar daxildən orqanizmi zədələsə də, özünü büruzə vermir.

Bu növ xəstəliklər digərləri ilə müqayisədə daha problemli və təhlükəli olanlar arasındadır. Çünki belə sağlıq problemlərin əlamətləri məlum olmadığı üçün insanlar xəstəliyin varlığından xəbərsiz olur. Nəticədə onun vaxtında müalicə edilməməsi faciəli sonluğa gətirib çıxarır. Bəs, gizli inkişaf edən və əlamətləri bilinməyən bu xəstəliklər hansılardır?

Heç bir əlaməti ilə özünü göstərməyən xəstəliklərin bir neçəsini təqdim edirik:

İnsanların bu növdən ən çox əziyyət çəkdiyi bəlalardan biri də zöhrəvi xəstəliklərdir. Geniş yayılmış növləri sifilis (süzənək) və qonoreyadır.

Süzənək həm kişi, həm də qadın sonsuzluğu, həmçinin cinsiyyət orqanlarının çoxsaylı xroniki iltihabı xəstəliklərinin tez-tez baş verən səbəblərindəndir. Sifilis insanın bütün orqanlarında ciddi fəsadlar yaradan xəstəlikdir. Fəsadların çox məruz qaldığı sahə isə baş və beyin hissəsidir. Təəssüf ki, bu xəstəliklərin bilinən çox əlaməti yoxdur. Bu xəstəliyin aşkar edilməsinə yönəlmiş bütün səylərə baxmayaraq, hələ də anadangəlmə sifilis halları müşahidə olunur.

Əlamətləri bilinməyən xəstəliklərdən biri də cinsi yolla keçən infeksiyalarıdır. Bunlara henital herpes, papillomatoz və s. kimilər aiddir. İnfeksiyalar heç bir xəstəlik törətmədən uzun müddət insan orqanizmində mövcud ola bilər. Amma orqanizmin müqavimət qabiliyyəti zəiflədikcə onların törədiciləri aktiv şəkildə artacaq. Nəticədə xəstəliyin inkişafına və immunitetin azalmasına gətirib çıxaracaq.

Böyrək xəstəliklərinin əlamətləri bir çox digər xəstəliklərin simptomlarına bənzəyir və bu səbəbdən bəzi hallarda xəstə uzun müddət ərzində tamam fərqli xəstəliklərdən müalicə olunur. Buna əsasən, ürək və onurğa xəstəliklərini misal çəkə bilərik. Sonda müalicə uğursuz olduqda, xəstəliyin miqyası daha da böyüyür. Buna görə də diqqətli olmaq lazımdır.

Səbəbsiz halsızlıq, yorğunluq, baş ağrıları, hərarətin qalxması da böyrək xəstəliklərinə işarə oluna bilər. Ödəmlər (şişkinlik) ürək xəstəlikləri üçün xas əlamətdir. Amma bu simptom böyrək xəstəliyinin də xəbərçisi ola bilər. Böyrək xəstəlikləri nəticəsində əmələ gələn ödəmlər bir çox hallarda üzdə, gözlərin altında, göz qapaqlarında olur. Həmçinin ödəmlər əllərdə, beldə, cinsiyyət orqanları nahiyəsində müşahidə oluna bilər.
Bundan əlavə, sidik ifrazı pozulmaları böyrək xəstəlikləri ilə bağlı şübhə yarada bilər.


Çox vaxt şəkər olmadığını fikirləşən insanların şəkərli diabetin gizli və çətin hesab olunan növü latent formadan xəbəri olmur. "Gizli şəkər" adını almış bu forma uzun müddət səssiz olur, özünü göstərmir və sonra orqanizmə bir anda güclü zərər verir.

Gizli şəkəri yeganə göstərən üsul demək olar ki, qlükozatoleratlıq testidir. Analiz zamanı pasiyent 3 dəfə qan verir: biri səhər acqarına, 1 saat sonra ikinci analiz, daha 2 saat keçdikdə isə  yenidən üçüncü analiz götürülür. Bu analizlərin nəticəsində xəstənin qanına qlükoza daxil olduqdan sonra orqanizmin reaksiyası öyrənilir. Əgər gizli şəkər aşkarlanırsa, xəstə daha ciddi müayinələrə yönəldilir. Gizli şəkər diabet xəstəliyinin ilk mərhələsi hesab olunur. Bu formanın xroniki formaya keçməsinin qarşısını almaq pasiyentin öz əlindədir.

Sadaladığımız xəstəliklərin siyahısını daha da çoxalda bilərik. Ancaq əsas məsələ bu xəstəliklərin qarşısını almaqdır. Bunun üçün əsas vacib addımlardan biri daimi həkim və tez-tez "check up" müayinələrindən keçməkdir.  

Müasir dünya standartlarına uyğun olaraq 40 yaşa qədər əhalidə "check-up" 5 ildən bir, 40 yaşdan yuxarı isə əvvəlki "check-up"ın nəticəsindən asılı olaraq 1-3 ildən bir aparılması məsləhət görülür.

Mütəmadi aparılan müayinələrin faydası çox böyükdür. Belə ki, daimi müayinələr ilkin profilaktika tədbirlərin vaxtında aparılması, xroniki xəstəliklərdəki risk faktorlarının müəyyənləşdirilməsi, həmçinin xəstəliklərin erkən mərhələdə diaqnostikası və müalicəyə başladılmasına şərait yaradır.






2038 dəfə oxunub.

Digər xəbərlər
7-09-2017, 11:26 Cəbhədən XƏBƏR VAR
4-05-2018, 10:26 Cəbhədən SON XƏBƏR

07-12-2022
bütün xəbərlər
____ Instagram ___