Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“20 Yanvar” stansiyasının keçidindəki ticarət niyə yığışdırılmır? - FOTO
Tarix: 20-09-2022 | Saat: 11:06
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər



Əksər metro keçidlərində qərara uyğun olaraq ticarət qadağan olunsa da, “20 Yanvar” stansiyasının keçidində ticarət hələ də ləğv olunmayıb. Metro keçidinin giriş qapısından kənar ərazidə ticarət köşkləri indiyə qədər fəaliyyətini davam etdirir. Hansı ki, ticarət köşklərinin yaratdığı sıxlıq metrodan istifadə edənləri ciddi narahat edir. Vətəndaşlar metrodan həm də keçid kimi istifadə edir. Amma ticarət köşklərinin yaratdığı sıxlığa görə xeyli sərnişin keçidlərdən istifadədən imtina edir.

Xatırladaq ki, uzun illər əvvəl paytaxtdakı metro keçidlərində təmizləmə aparıldı. Xeyli sayda metrostansiyadakı çıxışlarda biabırçı vəziyyət hökm sürürdü ki, bu da çoxlarını narahat edirdi.

Hazırda həmin yerlərdə müəyyən səliqə-sahman var. Müşahidə apardığımız “Əhmədli”, “Neftçilər”, “Gənclik”, “Nizami”, “Elmlər Akademiyası”, “Qara Qarayev” və digər metrostansiyalarda əczaçılıqdan başqa heç bir ticarət köşkləri fəaliyyət göstərmir. Əhali metro keçidlərindən rahatlıqla istifadə edir. “20 Yanvar” metrostansiyasının keçidindəki mənzərə isə ifadə ediləsi deyil.

İndiki halda ən acınacaqlı vəziyyət şəhərin ən gur və sıx yeri hesab olunan bu stansiyanın keçidləridir. Satıcı və alıcıların səs-küyündən, sıxlıqdan hərəkət etmək mümkünsüzdür. Pik saatlarda isə vəziyyət daha da kritik olur.

Maraqlıdır, qərara uyğun olaraq ticarətlə bağlı qadağaya niyə “20 Yanvar” metrostansiyasında əməl olunmur?

 “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bu obyektlərin işləməsinin səbəbini sözügedən ərazinin metroya aid olmaması ilə izah edib.

Qurum rəsmisinin sözlərinə görə Metropoliten orada hər hansı tənzimləməni həyata keçirmək səlahiyyətində deyil:

“Amma Metropolitenə aid olan bütün keçidlərdə sənişin axını və onun təhlükəsizlik məsələləri nəzərə alınaraq vahid tənzimləmələr həyata keçirilir”.

Bakı Şəhər İcra Hakimiyyətindən də sözügedən ticarət obyektlərinin quruma aidiyyəti olmadığı bildirilib:

“20 Yanvar” metrostansiyasının keçidinin nə mülkiyyətinə, nə də ticarətinə cavabdehik”, - deyə qurumdan qeyd olunub.

Əslində bu cür keçidlərdə sıxlıq olması təhlükəsizlik qaydalarına da ziddir. İstənilən fors-major hallar burada ciddi problemlərə da səbəb ola bilər.



QALEREYA




Xəbəri paylaş

4828 dəfə oxunub.

Digər xəbərlər
8-01-2018, 12:05 Kök suyunun 24 faydası
19-05-2018, 08:45 Kubada matəm elan olundu

bütün xəbərlər
____ Instagram ___