Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrəvanın siyasəti savaşı qaçılmaz edir - Şərh
Tarix: 03-05-2016 | Saat: 09:40
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İrəvanın siyasəti savaşı qaçılmaz edir - Şərh
Ermənistan rəhbərliyinin hazırda apardığı mövcud siyasət geniş müharibənin mümkünlüyünü qaçılmaz edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, cəbhədəki son vəziyyət genişmiqyaslı əməliyyatların başlaya biləcəyindən xəbər verir:

“Azərbaycan belə bir vəziyyətə dinc yanaşa bilməz və müvafiq yeni tədbirlər görməyə məcbur qala bilər. Bu tədbirlər planı erməni hərbi infrastrukturlarını dəf etməkdən tutmuş, yaşayış məntəqələrimizi maksimum dərəcədə erməni hücumlarından sığortalamaq üçün mövqelərdə dəyişiklik aparmağa qədər gedib çıxa bilər ki, bu da açıq əməliyyatlar deməkdir. Ermənilər kəndlərimizi atəşə tutmaqla da məqsədlərinə heç cür nail ola bilmədilər. Əksinə, bu variant da yerli əhalidə əks reaksiya yaradır. Təmas xəttində yaşayan insanlar Azərbaycan siyasi rəhbərliyindən əsaslı tədbirlər görülməsini tələb edirlər. Söhbət Ermənistan ordusunun neytrallaşmasından gedir. Əslində, Ermənistan rəhbərliyinin hazırda apardığı mövcud siyasət də geniş müharibənin mümkünlüyünü qaçılmaz edir”.


Xəbəri paylaş

6018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___