Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Kök suyunun 24 faydası
Tarix: 8-01-2018, 12:05 | Saat: 15:47:00
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər



Kök qida və minerallar baxımından olduqca zəngindir. Sağlamlıq və dəri üçün müxtəlif məqsədlərlə istifadə olunan möcüzəvi qarışımları özündə birləşdirir. Kök suyunu içməyimiz və gündəlik həyatda ondan istifadə etməyimiz üçün müxtəlif səbəblər var. Bu yazıda məhz o səbəbləri öyrənə biləcəksiniz.
Sağlamlıq üçün kök suyunun faydalarını təqdim edirik:
1. Ürək xəstəliklərinə nəzarəti artırır: Tərkibindəki Beta-karotenlə birlikdə A vitamini dəimmun sistemi üçün çox əhəmiyyətlidir. A vitamini ürək xəstəliklərinin qarışısını alır, daxili orqanların daha sağlam olmasına şərait yaradır.
2. Xolesterolu aşağı salır: Kök suyu tərkibindəki kalium sayəsində xolesterolun miqdarını aşağı salır, qaraciyərdəki yağlanmanı azaldır. Eyni zamanda kalium qan şəkərini də balanslaşdırır.
3. Qan laxtalanması: K vitaminini özündə birləşdirən kök suyu qan laxtalanmasına yardımçı olur.
4. Diş yaralanmaları və diş ətinə qulluq: Tərkibindəki C vitamini diş yaralarınıyaxşılaşdırır və diş ətlərinin sağlam olmasına şərait yaradır.
5. Xərçəngin qarışısını alır: Kök suyu eyni zamanda anti-xərçəng maddəsi olaraq da bizə xidmət edir. O kaliumla birlikdə prostat, sinə xərçəngi kimi xəstəliklərin riskini azaldır.
6. Sümük sağlamlığı: K vitamini orqanizmdəki zülal üçün çox lazımlıdır. Eyni zamanda qırılan sümüklərin tez sağalmasına səbəb olan kalsiumu da özündə birləşdirir.
7. Qaraciyəri təmizləyir: Kök suyu qaraciyəri təmizləyir. Belə ki, bu sarı tərəvəzin suyundan mütəmadi olaraq içmək qaraciyərdəki toksinlərin artmasının qarşısını alır. Qaraciyərin funksiyalarını qaydasına salaraq yağlanmanın və QİÇS-in qarşısını alır. Kökəlmənin və piylənmənin də qarşısını alaraq, bu çətin prosesin öhdəsindən gəlir.
Kök suyunun gözəllik üçün avantajları
8. Quruluq və yara izlərini azaldır: Kalium quru dərinin nəmlənməsinə şərait yaradan amillərdəndir və eyni zamanda da yara izlərini də azaldır. Dəri rəngini işıqlandıraraq dəriyə yeni həyat verir.
9. Sızanaqların əmələ gəlməsinin qarşısını alır: Tərkibindəki efir yağlarının sayəsindədəridə sızanaqların yaranmasının qarşısını alır.
10. Dəri üçün lazımlı olan vitamin mənbəyidir: Dəri üçün çoxlu miqdarda vitamin mənbəyidir. O A vitamini çatışmazlığı sayəsində dəridə yaranan bir çox problemlərin azalmasına şərait yaradır. Qidalanma baxımından çox faydalı maddələri özündə birləşdirir.
11. Günəşin zərərlərini azaldır: Kök suyu günəşdən təsirlənən dəri problemlərinin aradan qalxmasında sizə köməkçi olacaq.
12. Yaşlanma ilə mübarizə aparır: Beta-karotenoidlər A vitamini halında dəriyə daxil olurvə hüceyrələrin yaşlanmasını azaladır.
13. Saçlara qulluq: Saçların uzanmasında çox təsirlidir.
14. Dırnaqlara qulluq: Dırnaqların qırılmasının qarşısını almaqla onların güclənməsinə səbəb olur.
15. Əmizdirmə: A vitamini ilə zəngin olduğu üçün hamiləlik zamanı kök suyu içən ana namizədlərində doğuşdan sonra süd keyfiyyətli olur.
16. Uşaqlarda infeksiyaların qarşısını alır: Hamiləliyin son 3 ayında kök suyu içilərsə bu uşaqlarda yarana biləcək təhlükəli infeksiyaların riskini azaldır.
17. Əzələ böyütmək: Kök suyunun tərkibindəki bol miqdarda A vitamini bədənin yaxşılaşmasına kömək edir. O tərkibindəki fosfor sayəsində əzələləri qoruyur və onların bərpasına şərait yaradır.
18. Çəki itirmək: Kök suyu çəki azaltmaq istəyən insanların içə biləcəkləri ən yaxşı təbii içkidir. Aşağı kalorili olduğu üçün çəki itirməyə kömək olur. 
19. Metabolizmanı sürətləndirir: Kök suyu qlikoza, yağ və zülalları özündə birləşdirən B kompleksi vitaminləri ilə zəngindir. Bu səbəblə də metabolizmanı sürətləndirərək çəki itirmənizə səbəb olur. Eyni zamanda da B vitamini kompleksi stress və depressiv halların da azalmasına şərait yaradır.
20. Oksigeni balanslaşdırır: Kök suyunun içindəki dəmirin miqdarı idman etməyə kömək edir və bədəndə oksigenin hərəkətini artırır.
21. Enerji yığımı: Tərkibindəki fosfor sayəsində orqanizmin daha çox enerji yığmasına kömək edir. 
22. Şəkərin miqdarına nəzarət edir: Maqnezium və diabet səbəbilə şəkərin səviyyəsini stabilləşdirir.
23. Həzm prosesini asanlaşdırır: Kök yüksək miqdarda lifi özündə birləşdirdiyi üçün həzmə kömək edir və uzun müddət tox qalmağınıza şərait yaradır.
24. Orqanizmi yeniləyir: Kök suyu yuxardakı punktların birində qeyd etdiyimiz kimi, orqanizmi təmizləyir və çəki itirməni asanlaşdıran toksinlərdən yaxa qurtarmağınıza kömək edir. Çiy kök piylənmənin qarşısını alan toksinlərin artmasına şərait yaradır və həzmi asanlaşdıraraq həzm sitemini təmizləyir.шаблоны для dle 11.2

9958 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___