Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Koreyaya məxsus təyyarə Bakıya qəza enişi edib - FOTO
Tarix: 10-07-2022 | Saat: 11:49
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər



Heydər Əliyev Beynəlxalq Aeroportunda Koreyanın "Korean Air" aviaşirkətinə məxsus təyyarənin məcburi eniş etməsi ilə əlaqədar hazırlıq və həyəcan siqnalı elan olunub.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən  bildirilib ki, aviaşirkətin İstanbul-Seul reysini həyata keçirən "Airbus A330" təyyarəsi mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakı hava limanına məcburi eniş edib. Təyyarə saat 22:25-də uğurlu eniş edib, hadisə zamanı xəsarət alan olmayıb.

Elan edilmiş həyəcan siqnalı ilə əlaqədar Bakı aeroportunda bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

Hazırda hava gəmisinə baxış keçirilir, baş verən hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.


Məqaləyə dair fotomateriallar:





Xəbəri paylaş

3828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___