Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sadiq Mədətov androloq ola-ola İcbari Sığorta Bürosunda necə hüquqşünas işləyir?
Tarix: 21-10-2022 | Saat: 09:21
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Araşdırma / Aktual | çapa göndər

Mən Dövlət orqanlarına və Kütləvi informasiya vasitələrinə müraciət edirəm. 1 sentyabr 2022-ci ildə İcrabi Sığorta Bürosunun binasında işçi Əfsanə Rüstəmova tərəfindən ağır söyüşlərlə təhqir olunaraq qovulmuşam. Mən 1-ci qrup əliləm, ağır miopatiya xəstəsiyəm. Həmin gün yaxın qohumlarımla gün ərzində üç dəfə İcbari Sığorta Bürosunun binasına gəlmişəm. Hər dəfə də İcrabi Sığorta Bürosunun müştəri xidmətləri şöbəsinin işçisi Əfsanə Rüstəmova məni qəbul etməyib. Bir dəfə dodağına pomada vururdu, panikür-pedikürlə məşğul idi, dedi vaxtım yoxdu. İkinci dəfə gələndə özünün xüsusi pəhriz yeməyini iş yerindəcə, müstəri xidmətləri göstərməli olduğu stolun üstündəcə yeyirdi. Hər dəfə də bu əcaib mənzərəni 10-15 müstəri dayanıb təəccüb içində seyr edirdi. Üçüncü dəfə gələndə mənim əsəblərim dözmədi. Çünki Masazırda qalıram, hər dəfə gəlib getməyə taksiyə pul verirəm, istidə yollarda sürünmək adamı əldən salır. Səbrim çatmadı, etirazımı bildirdim ki, bu cür xidmət göstərilmir. Mən Əfsanə xanıma dedim ki, siz müştərilərə yox, özünüzə xidmət edirsiniz. Bundan sonra o ayağa qalxdı, stula təpik vurdu və mənə ağır təhqirlər yağdırdı. Mən ona dedim ki, mənimlə bu tonda danışmağa ixtiyarınız yoxdur, mən sizin rəhbərliyə və Mərkəzi Banka şikayət edəcəm. O qışqıra-qışqıra ayağa qalxdı, stolun üstündəki sənədləri götürüb göyə səpələdi, dedi qələt edir bizim rəhbərlik də, Mərkəzi Bank da, sən də, mən sənə nəinki xidmət göstərəcəm, heç səninlə danışmaq belə istəmirəm, çıx rədd ol çölə!

Mən dövlət orqanlarına bu hadisə barədə şikayət yazmışam. Maraqlanarkan üzə çıxdı ki, bu adamla heç İcbari Sığorta Bürosunun rəhbərliyi özü belə bacarmır. Mən bu məsələni mətbuata çıxartmağa çalışdım və sosial şəbəkələrdə işıqlandırdım. Bundan sonra İcrabi Sığortanın bəzi bədnam işçiləri haqqında o qədər natarazlıqlar eşitdim ki, dəhşətə gəldim. İcbari Sığorta Bürosunda mənim kimi incidilən, kobud rəftara məruz qalan, süründürməçiliyə salınan adamların bir çoxları ilə ünsiyyətdə oldum və şok yaşadım. Bu məsələləri dövlət və media orqanlarının da nəzərinə çatdırmaq istəyirəm ki, tədbir görülsün və İcrabi Sığorta Bürosundakı pulgir ünsürlərin barəsində ölçü götürülsün.

Üzə çıxdı ki, İcbari Sığorta Bürosunun direktoru Rəşad Əhmədov özü heç də pis adam deyil. O müharibə veteranları ilə yaxın dostdur, onlara gözəl münasibət bəsləyir, hətta bəzi əlil veteranların evlərinə gedərək problemləri ilə də maraqlanıb və köməkliklər edib. Onun özü haqqında pis bir söhbət eşitmədim. Lakin üzə çıxdı ki, onun bir qrup köhnə işçisi var ki, onların öhdəsindən gələ bilmir, müştərilərin qarşısında pis vəziyyətdə qalsa da, onlara bir söz deyə bilmir. Çünki bunlar çoxdanın korrupsionerləridir ki, uzun illərdir İcbari Sığorta Bürosunda kök atıblar və burda milyonlar yeyirlər.

O Büronun hüququ işlərinə rəy verir, halbuki hüquqdan qətiyyən anlayışı yoxdur. Belə ki Türkiyədə Fətulla Gülənin universitetində androloq ixttisasını altıvolt qurtarıb gəlib, lakin nədənsə o boyda İcbari Sığortada hüquqşünaslıq edir. Mən Mərkəzi Bank rəhbərliyindən soruşuram: androloq hara, hüquq hara? Yoxsa bu ölkədə gülənçilərə hər şey mojnadı?

Məhz Sadiq Mədətovun hüquqdan qətiyyən anlayışı olmadığına görə onun Büroda apardığı sənəd-sünəd işləri də hamısı kəllə-mayallaqdır. Məsələn, işlərdən birində yol-nəqliyyat hadisəsi Salyanda baş verdiyi üçün məntiqli olaraq cinayət işinə Salyan rayon məhkəməsi baxmış və qərar çıxarmışdır. Lakin Azərbaycanda analoqu olmayan hadisədir ki, Sadir Mədətov alt sənədlərin toplanması sorğusunu Salyan rayon Məhkəməsinə verməli olduğu halda Qaradağ rayon İcra Probasiya şöbəsinə göndərib! Özü də məktubu Rəşad Əhmədovun imzası ilə göndərib! Beləcə Fətulla Gülən universitetini bitirmiş mədə-bağırsaq həkimi o boyda İcbari Sığortanın sənəd işlərini gülünc vəziyyətə salır və müdiri Rəşad Əhmədovu dövlət idarələrində gülüş obyektinə çevirir.

Sadiq Mədətovun androloji-ginekoloji işlərinə daha bir nümunə. Adam Zaqatala rayonu ərazisində avariyaya düşmüşdür. Zaqatala rayon məhkəməsi işi araşdırıb müvafiq qərar vermişdir. Ardınca zərərçəkmiş şəxs ona düşən kompensasiyanı almaq üçün İcbari Sığortaya müraciət etmişdir. Sadiq Mədətov Zaqatala əvəzinə Neftçala rayonun TSEK-inə sorğu göndərmişdir. Halbuki adam ömrü boyu Neftçala üzü görməyib, Zaqatalada yaşayıb və orda da avariyaya düşüb. Sadiq müəllimin bu cür əndrəbadi işləri yetərincədir.

O bunları niyə belə edir? Çünki həmin qəzaya düşmüş adamların alacağı kompensasiyadan ona “şapka” vermək fikirləri yoxdur. Sadiq müəllimin bu işlərdə öz dəllal və maklerləri var. Həmin adamlar zərərçəkmişin aldığı pulun bir hissəsini ondan qoparıb Sadiq müəllimə verirlər və öz dolyalarını da götürürlər. Beləliklə, Sadiq müəllim İcbari Sığorta Bürosunda özünəməxsus ku-kluks-klan quraraq yalnız öz adamları ilə işləyir. Öz liniyasına məxsus olmayan, ona pul verməyən, dolya yönəltməyən adamların işinə isə “qanun çərçivəsində” baxır və öz məşhur işçisi Əfsanə Rüstəmova ilə birgə qurduğu tora salır.

Bu Əfsanə Rüstəmova sığorta sistemində tayı-bərabəri olmayan bir məxluqdur. Onun xüsusi siyahısı var ki, bu siyahıda Büronun müştərilərini iki kateqoriyaya bölüb: 1)Lazımlı adamlar, 2) Lazımsız adamlar. O insanlara bu iki kateqoriyaya uyğun yanaşır. Yəni kim pul verirsə, həmin adam onunçün lazımlı adamlar kateqoriyasındadır, kim pul vermirsə, haqqını tələb edirsə demək lazımsız adamdır və mənim kimi rədd olub getməlidir. Məsələn, Əfsanənin özəl xüsusiyyətlərindən birini də sizə deyim. Kompensasiya ödənərkən pul verməyən nümayəndənin zərərçəkmişinə zəng edərək deyir ki, bax a, nümayəndəyə pul zad verib eləmə. Bu yolla öz aləmində qisas alır. Bizdə bunun səs danışıqları var. Halbuki o bunu etməməliydi, buna ixtiyarı da çatmır, qanuna da ziddir.

Bildiyimiz kimi, İcbari Sığorta Bürosu “Şokalad Taver” adlı məşhur binanın birinci mərtəbəsində yerləşir. Əfsanə xanım da müştərilərlə bu binanın koloritinə və ab-havasına uyğun rəftar edir. Nümayəndələr partapart ona şokolad daşıyırlar. Əgər kimsə ilkin yanaşmada Əfsanə xanıma şokolad korobkası hədiyyə etməsi, Əfsanə onun işinə başlamayacaq da, giriş də verməyəcək, həmin müştəri aylarla gəlib getsə də kompensasiya üzü görməyəcək. Qayda belədir. Odur ki, əgər Allah eləməmiş avariyaya düşmüsüzsə və İcrabi Sığortadan kompensasiya almalısızsa, onda ilk əvvəl Əfsanə xanıma turetski şokolad karobkası hədiyyə edin, ardınca isə turetski androloq Sadiq Mədətovun maklerləri ilə əlaqəyə çıxın. Onda işləriniz yağ kimi gedəcək, sadəcə alacağınız pulun yarısını yarı yolda itirəcəksiniz. Pensilvaniya özü sizə kömək olsun!

Sadiq Mədətov bu gün İcbari sığortada boz kardinallıq edir. Onun vətəndaşla səs danışığı var ki, niyə işdən ürəyi istədiyi vaxt özbaşına gedib saatlarla idarəyə gəlmədiyini soruşurlar, o isə belə cavab verir ki, mən müdir zad hərləmirəm, mənimçün işdən çıxmaq problem deyil, ürəyim istədiyi vaxt hara istəsəm gedirəm, azad adamam. İcrabi Sığorta Bürosu bə cür məsuliyyətsiz və pulgir adamlardan təmizlənməlidir. Bu cür yanaşmalar çoxlu sayda adamlara olmazın problemlər, ən əsası da süründürməçilik yaradır.

Rəşad Əhmədova sözümüz budur ki, Büroda hüquqşünas ştatını ləğv eləsin, birbaşa androloq ştatı açsın, biz də konkret işimizi bilək.

Əfsanə Rüstəmova Türkiyənin F-16 təyyarəsi kimi Büroda gedən bütün işlərin üstünü kəsdirir. İlk sualı bu olur ki, bu adam pul verir, ya yox? Desələr pul vermir, həmin işi götürüb səpələyir, barbar bağırır ki, pul vermirsə bu işi niyə araşdırırsız, niyə bu adama kompensasiya ödəməlisiz? Beləcə direktor Rəşad Əhmədov qalıb kənarda, bütün işlərin “dabrosunu” sputnikdən idarə olunan F-16 ləqəbli ucaboylu bəbirbiləkli xanım Əfsanə Rüstəmova verir.

FHN-də bekarçılıqdan baş vermiş məlum olaylar androloq Sadiq Mədətovun İcbari Soğortada törətdiklərinin yanında yalan olub. İcbari Sığorta Bürosunda da kadr siyasəti mətbəx və güzgü münasibətləri üzərində qurulur. Yıxılana balta vurmaq məsəli bizə ulu babalarımızdan, soykökümüzdən gəldiyindən biz də o minvalla böyükdən kiçiyə FHN-ni baltaldıq. Amma İcbari Sıorta Bürosu kimi müdhiş yerlərimiz var ki, orda FHN-dən də biabırçı işlər törədilir. Məsələnin kökünü araşdırıb, dərinə gedib beyninizi yormaq istəmirəm. Amma bu biabırçılıqlara son qoyulmalıdır. İndi biz də İcbari Sığorta Bürosunda hegemonluq, şahəqalxma, vəzirolma arzusundan törənmiş bekarçılıq əlamətlərini mətbəx və güzgü üzərindən baltalamaq üçün yeni izmi açaq? Düşünürəm ki bunlara ehtiyac yoxdur.

Əfsanə Rüstəmova İcbari Sığorta Bürosunda nə qədər güclü, nə qədər hegemon bir sindikat üzvüdürsə, rəhbərlik tərəfindən şikayətlərimizə baxılmır və bu adama gözün üstə qaşın var deyən olmur. Ölkədə pulum var, adamım var deyib sağa-sola gəzən, büronu gözəllik salonuna, xanımlarin qeybət məkanına, toy məclisinə, şənlik ab-havasında çevirən qaraqutusu Əfsanə Rüstəmova kimə və nəyə arxayındır? Ərizəni büroda qeydiyyata aldırmaq üçün hökməndir ki, vətəndaş ən azından iki və ya üç dəfə bura ayaq döysün, gəlib getsin, sürünsün-süründürülsün, bir neçə işçi və şöbə müdiri ilə məsləhət-məşvərət etsin, saysız-hesabsız “treninqlərdən” keçsin?

Mən İcbari Sığorta Bürosunun rəhbərliyindən, Mərkəzi Bankdan və Milli Məclisdən xahiş edirəm ki, bu cür adamların İcbari Sığorta Bürosundan qovulub rədd edilməsi üçün tədbirlər görəsiniz. O cümlədən prokurorluq orqanlarından xahiş edirəm ki, İcbari Sığorta Bürosunda həmin gün mənimlə işçi Əfsanə Rüstəmova arasında yaşanmış qalmaqalın, mübahisənin videogörtüntülərini götürsünlər, məsələyə hüquqi müstəvidə qiymət versinlər. O cümlədən də Vergilər Nazirliyindən xahiş edirəm ki, İcrabi Sığorta Bürosunda sənədləşməni yoxlasınlar, onda görəcəklər ki, nə qədər neqativ hallar və vergidən yayınmalar ortalığa çıxır.

 

İsgəndərov Alı 

Bakı şəhəri Masazır qəsəbəs sakini

Telefonum: 0554050792

 

İcbari Sığorta Bürosunun telefonu

 (+99412) 595 00 20

FAKS

(+99412) 595 00 30



Xəbəri paylaş

5828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___