Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Günə 30 qablaşdırma Pepsi içən britaniyalı: Heç nə bu zövqü üstələyə bilməzdi
Tarix: 17-06-2022 | Saat: 11:27
Bölmə:Karusel / Dünya / Hadisə | çapa göndər


“Pepsi” içkisindən asılı olan britaniyalı günə 30 dəmir qablaşdırmada sərinləşdirici qazlı maye qəbul edib.

41 yaşlı Endi Karri adlı kişi bildirib ki, bu vərdiş ona ildə 8 min dollar (13 min manata) başa gəlib.


E.Karri “Pepsi”ni ilk dəfə 21 yaşı olanda dadına baxıb:

“Bu içkinin dadına sözün əsl mənasında aşiq oldum. Mənim üçün heç nə bu zövqü üstələyə bilmirdi”, - britaniyalı söyləyib.

“Pepsi”yə yaranan həvəs E. Karrinin artıq çəki almasına səbəb olub. Həkimlər isə ona orqanizimində sürətlə şəkərli diabetin inkişaf etdiyi barədə xəbərdarlıq ediblər.

“Pepsi” düşkünü nəhayət psixoloq-qipnoterapevtə müraciət etməli olub.

E. Karrinin dediyinə görə, bir ay davam edən seanslardan sonra o, adi su içməyə başlayıb və artıq “Pepsi” onu əvvəl olduğu qədər cəlb etmir.

“Həyat yoldaşım Sara deyir ki, dərim indi daha yaxşı görünür. Mən də özümü daha çox enerjili hiss etməyə başlamışam”, - deyə E.Karri vurğulayıb.

Mənbə: Gazeta.ru







3098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___