Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ANS-in müraciəti təmin edilmədi
Tarix: 02-09-2016 | Saat: 19:28
Bölmə:Karusel / Gündəm / Bizim seçim | çapa göndər

ANS-in müraciəti təmin edilmədi

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS ÇM"in lisenziyasının ləğv edilməsi və ANS TV-nin fəaliyyətinin 1 ay müddətinə dayandırılması barədə Milli Televiziya və Radio Şurasının qərarlarından verilən şikayətə baxılıb.

"Qafqazinfo"nun məhkəmədə iştirak edən əməkdaşının məlumatına görə, ANS rəhbərliyi Vahid Mustafayev və Mirşahin Ağayev başda olmaqla kanalın bir çox əməkdaşı iclasda iştirak edib.

ANS ÇM-in lisenziyasının ləğv edilməsi barədə qərar məhkəmədə iddiaçı tərəfə təqdim edilib.

"ANS ÇM" onlara dəyən maddi ziyanla bağlı MTRŞ-dən təzminat tələb edilməsi ilə bağlı iddia qaldırıb. MTRŞ iddiadan etiraz verib. "ANS ÇM" nümayəndəsi etirazla tanış olmaq üçün vaxt istəyib. Hakim bildirib ki, qərarla tanış olmaq üçün iddiaçı tərəfə sentyabrın 6-sı saat 14:15-ə qədər vaxt verilib.

İclas başa çatıb.

***

ANS TV-nin yayımının 1 ay müddətinə dayandırılması barədə qərardan verilən şikayət üzrə keçirilən məhkəmə iclasında Mirşahin Ağayev çıxış edib. O bildirib ki, televiziya terrorçuluğu təbliğ etməyib.

Elan olunan qərara əsasən, məhkəmə ANS TV-nin müraciətini də təmin etməyib.


Xəbəri paylaş

7038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___