Azərbaycanda İLK: Məzarlara baxım xidməti yaradıldı - FOTO
Tarix: 06-05-2022 | Saat: 11:22
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Azərbaycanda məzarlara baxım xidməti fəaliyyətə başlayıb. Ölkədə ilk olan bu xidmət özəl sektora aiddir.
Məzarlara baxım, qulluq kimi xidmətlər təklif edən müəssisənin qəbiristanlıqlara bu şəkildə müdaxiləsinin qanuni olub-olmadığı müzakirələrə səbəb olub.
Məlumata görə, məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəbiristanlıqlara nəzarət bələdiyyələrin səlahiyyətindədir:
“Qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Burada qeyd edilən səlahiyyət bölgüsünə əsasən, bu sahə bələdiyyələrə aiddir”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə isə qeyd edib ki, qanunla qəbiristanlıqlara nəzarəti bələdiyyələr həyata keçirir. Deputatın sözlərinə görə, burada hər hansı fəaliyyət yalnız bələdiyyələrə aiddir:
“Qanun çərçivəsində şirkət öz fəaliyyətini göstərə bilər, qadağan olunmayan məsələləri təmin edə bilər. Xaricdə yaşayan və ya uzaqda olan şəxslər sevdiklərinin qəbirlərinə baxım üçün özəl şirkətə müraciət edə bilərlər.
Bu xidməti təklif edən müəssisə müvafiq olaraq, vergi və ödənişlərini etməli, həmçinin qəbiristanlıqlara nəzarət edən qurumdan icazə alaraq fəaliyyətini qurmalıdır. Bununla da problem yaradacaq məsələ olmaz”.
Xəbəri paylaş
3618 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-05-2022 | Saat: 11:22
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
78

29-07-2015, 16:48
Əlləri və ayaqları kəsilən yazıq qadın - FOTOLAR
28-04-2017, 11:50
"Azərbaycanlı qızlarla alınmadı, rus xanımla evləndim" - Müğənni Vüsal - VİDEO - FOTO
5-09-2017, 11:08
Kütləvi zəhərlənmə: 8 nəfər xəstəxanaya yerləşdirildi - Tovuz
27-12-2015, 12:54
Ramzan Kadırov Zabit Səmədova 150 minlik maşın hədiyyə etdi (FOTO)
4-03-2016, 15:21
Azərbaycanda Maliyyə Sabitliyi Komitəsi yaradılır
26-01-2017, 13:44
"BakuBus"ın sürücüsü sərnişini xilas etdi - FOTO
1-09-2015, 17:51
Sarkisyan Qarabağdadır
6-12-2017, 15:47
Fazil Məmmədov :"Yaxşıyam, narahat olmayın"