Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Azərbaycanlı qızlarla alınmadı, rus xanımla evləndim" - Müğənni Vüsal - VİDEO - FOTO
Tarix: 28-04-2017 | Saat: 11:50
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV / Fotogalereya / Məşhurların Taleyi | çapa göndər

"Azərbaycanlı qızlarla alınmadı, rus xanımla evləndim" - Müğənni Vüsal - VİDEO - FOTO

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Vüsal Hacıyev olub.

"Xəbəraz.az " xəbər verir ki, "A-trio" qrupunun keçmiş üzvü solo fəaliyyətə başlasa da, hələlik ona uca dağ kimi görünən əngəlləri aradan qaldıra bilməyib.

"İndiki bəzi müğənnilər ağızlarına gələni oxuyurlar", - deyən ifaçı gündəmə uyğun zəif mahnılar səsləndirən həmkarlarını da topa tutub. O cümlədən şəxsi həyatı ilə bağlı eksklüziv fikirlərini səsləndirib:

Müğənni Vüsal Hacıyevın səsi, əslində, uzun illərdir gəlsə də, ancaq müğənninin qalibiyyət bayrağını özünün sənət zirvəsinə sancması elə də asan olmayıb.

"Mənə lazım olan dəstək olmadığından promlemlər yaranıb, mənim də adım qalıb tənbəl. Ancaq izləyicilər, musiqiçilər bilir ki, mən lazımi qədər mahnılar ifa etmişəm. Sadəcə, həmin mahnıların tanıtımı üçün vəsaitim olmayıb və işlər ləngiyib, bu da mənim fəaliyyətimə birabaşa təsir edib. Azərbaycan şou-biznesində toy biznesi öndə olduğu üçün qazandığımla xərclədiyim üst-üstə düşmür. Ona görə də mənim çətinliklərim tənbəl sözü ilə əvəz olunur".

Bu gün asanlıqla hansısa mərtəbəyə səsi-sorağı olmadan gəlib özünə əməllicə yer edən gənc ifaçılara Vüsal ironiyalı ismarıc göndərib:

"İndi bir dənə mahnı oxuyurlar, onunla məşhur olurlar. Ancaq oxumaqdan xəbərləri yoxdur. Yəni heç bir mahnını əvvəldən-axıra kimi təhvil verə bilmirlər. Mən bilsəydim ki, belə mahnı dövrü gəlib çıxacaq, heç vaxt məktəb oxumazdım, əziyyət çəkib illərimi verməzdim. Ağzıma gələni oxuyardım".

Gənc həmkarlarının gündəmin nəbzini tutmaq üçün əvvəli, sonu bilinməyən musiqilərə müraciət etdiyini söyləyən ifaçı hətta özünün bu aləmdə yolu səhv saldığını dilə gətirib:

"Ümumiyyətlə, ifaçılıq mədəniyyətləri yoxdur. Mədəniyyətləri olmadığı üçün musiqiçi də səni anlamayandan sonra cəmiyyət necə anlasın? Bugünkü efirlərə baxırsan hamısı bayağı musiqilərdir. Vüsal Hacıyev azıb qalıb küçənin ortasında, dəstək mütləqdir".

Müğənni daha sonra öz yaradıcılığından söz açıb:

"İki mahnı üzərində işləyirəm. Əslində, üç mahnıdı. Biri öz bəstəmdir. Digəri Zülfü Bədəlova və başqa bir dostuma aiddir. Müasir mahnıdı".

Rusiya vətəndaşı olan xanımla münasibətdə olan Vüsal Hacıyev artıq işin kifayət qədər uzandığını və bunun üçün də söz-söhbətlərin yarandığını etiraf edib:

"Hə-liydim. İş uzanıb deyə problemlər çıxıb. Ancaq ailə qurmağın vaxtı gəlib çatıb. Vaxt ötüb keçəndə insan ailə də qurmaq istəmir. Mən ailəyə çox müqəddəs baxdığım üçün istəyirəm ki, evlənim. Azərbaycanda bəzi xanımlarla tanış oldum. Gördüm ki, fikirlərimiz üst-üstə düşmür. Ancaq rus xanımla fikirlərimiz uyuşdu".

Vüsal azərbaycanlı xanımlarda hansı xüsusiyyəti görmək istəyib də görmədiyini və seçimin başqa cür olduğunu da açıqlayıb:

"Mənim aləmimdə qadın öz haqqını bilməlidir. Kişinin sözü bir olmalıdır. Qadın kişinin hörmətini saxlamalıdır. Dost olmalıdırlar. Çox bəzənib düzənməməlidir və.s. Kişi beyni ilə, qadın ürəyi ilə sevir. Vizual olaraq baxırsan xanım xoşuna gəlir, ancaq sonra baxırsan ki, xarakter düz gəlmir. Mənim 33 yaşım var. Nə zaman ailə quracam. Elə oldu ki, o xanımla tanış oldum və gördüm ki, fikirlərimiz üst-üstə düşür".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
"Azərbaycanlı qızlarla alınmadı, rus xanımla evləndim" - Müğənni Vüsal - VİDEO - FOTO
"Azərbaycanlı qızlarla alınmadı, rus xanımla evləndim" - Müğənni Vüsal - VİDEO - FOTO
"Azərbaycanlı qızlarla alınmadı, rus xanımla evləndim" - Müğənni Vüsal - VİDEO - FOTO



Xəbəri paylaş

2 0618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___