"Quru sərhədlərini açmaq üçün heç bir maneə yoxdur. Sərhədləri mütləq açmaq lazımdır. Üzü yaya gedir. Yəni turizm mövsümü başlayır. Turizm Azərbaycanın qeyri-neft sektorunun nəhəng istiqamətlərindən biridir. Bu mənada quru sərhədlərinin bağlı qalmasının adı yoxdur".
Bunu açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev növbəti mərhələdə quru sərhədlərinin açılması ilə bağlı fikirlərini bölüşərkən bildirib.
M.Quliyev qarşıdakı günlərdə quru sərhədlərinin açılmasının gözlənildiyini vurğulayıb.
Onun sözlərinə görə, sərhədlər tədricən açılmalıdır və bununla bağlı məlumat əhaliyə elan olunmalıdır:
"Bütün dünyada pandemiya yavaş-yavaş sönür. Payıza qədər yəqin ki, pandemiya olmayacaq. Hesab edirəm ki, sərhədlərin açılmasında ləngimək lazım deyil".
Komitə sədri hələlik maska qadağasının aradan qaldırılmasının tərəfdarı deyil:
"Maska ilə bağlı mənim fikrim fərqlidir. Maskanı hələ də qapalı məkanlarda saxlamaq lazımdır. Nə zamankı Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan edəcək, onda maska qadağasını ləğv etmək olar. Bir sözlə, maska və vaksinasiya davam etməlidir".
Xatırladaq ki, aprelin 15-dən etibarən Azərbaycan giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv olunub. Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur. Həmçinin, aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb edilmir.
Növbəti mərhələdə quru sərhədləri açılacaq - Pandemiya nə vaxt bitəcək?
Tarix: 16-04-2022 | Saat: 11:15
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Xəbəri paylaş
4488 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-04-2022 | Saat: 11:15
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
7-06-2022, 10:48
Novxanı istirahət mərkəzində iki nəfər bıçaqlanıb
26-10-2015, 16:42
Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri qalxdı
4-05-2016, 18:00
Elza: “Hava gəlir başıma”
24-05-2016, 14:40
“Bakı ilə təcili Assosiasiya Sazişi imzalanmalıdır”
29-06-2015, 20:17
Bakıda bəy və gəlin toya metro ilə getdi – FOTOLAR
21-09-2015, 12:24
İlham Əliyev Əlillərin Bərpa Mərkəzinin açılışında
4-11-2021, 08:41
Abşeronda 15 yaşlı qız özünü binadan ataraq intihar edib
7-04-2015, 15:19
İlham Əliyev: Səudiyyə Ərəbistanı və Azərbaycan qardaşdırlar – FOTO
30-07-2016, 10:35
“Rusiya qayıtdı...” – NATO TƏŞVİŞDƏ