Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev: Səudiyyə Ərəbistanı və Azərbaycan qardaşdırlar – FOTO
Tarix: 07-04-2015 | Saat: 15:19
Bölmə:M / Karusel / Siyasət / M2 / Foto-fakt / Fotogalereya | çapa göndər

İlham Əliyev: Səudiyyə Ərəbistanı və Azərbaycan qardaşdırlar – FOTO
“İslam sülh və qardaşlıq dinidir”.

Səudiyyə Ərəbistanında yenidən olmağımdam çox şadam. Dünən gözəl ölkənizə rəsmi səfərim başlayıb. Əlahəzrət, Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi ilə ikitərəfli münasibətlərimizə dair bir çox məsələləri və regional prosesləri müzakirə etmək şərəfinə nail oldum.

xeberaz.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşdə bildirib.

Prezident vurğulayıb ki, “biz tərəfdaşlığımızın strateji xarakterini bir daha təsdiqlədik”.

“Səudiyyə Ərəbistanı və Azərbaycan qardaş və dostdurlar. Bütün beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik.

Eyni zamanda, dünən ölkənizin nazirləri ilə görüşlər zamanı iqtisadi və siyasi əməkdaşlığa dair müxtəlif layihələri, qarşılıqlı ticarətin həcminin artırılması imkanlarını müzakirə etdik. İqtisadi tərəfdaşlığımızı siyasi əməkdaşlığımız səviyyəsinə qaldırmalıyıq. Gələn ay ölkəmizə səfər edəcək Səudiyyə Ərəbistanının iş adamlarından ibarət böyük nümayəndə heyəti və noyabr ayında Sizin ölkəyə yollanacaq bizim nümayəndə heyətimiz, fikrimcə, iqtisadi əməkdaşlıq üçün çox məhsuldar format yaradacaq. Başqa sözlə, əminəm ki, səfərim ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək”, - deyə, İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, “bu gün, həmçinin Azərbaycanın fəal üzv olduğu İslam Əməkdaşlıq Təşkilatında olmaq mənim üçün böyük şərəfdir”.

“Cənab baş katib, artıq qeyd etdiyiniz kimi, son bir neçə il ərzində Azərbaycanda nazirlər səviyyəsində müxtəlif görüşlər keçirilib. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi olduqca fəal rol oynamağa və dünyada İslam həmrəyliyi işinə töhfə verməyə çalışır. Cənab baş katib, düzgün qeyd etdiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğumuz zaman biz BMT ilə İƏT arasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirirdik və beləliklə, təşkilatımızın fəaliyyətinə daha çox diqqətin cəlb edilməsinə nail olduq.

Fürsətdən istifadə edərək, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük üçün Azərbaycanın namizədliyinə verdiyi güclü dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına təşəkkürümü bildirmək istəyirəm. Həmin vaxt mən çox aydın şəkildə bəyan etdim ki, əgər seçilərsə, Azərbaycan nəinki özünü, eləcə də bütün müsəlman aləminin ölkələrini təmsil və müdafiə edəcək”, - deyə, Azərbaycanın dövlət başçısı bəyan edib.

İlham Əliyev İslam həmrəyliyi məsələsinə də toxunub:

“Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün daha çox çalışacağıq. Azərbaycan 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. Bu, həmçinin birliyimizə verilən töhfədir. Çünki Oyunlar təkcə idman yarışı olmayacaq, eyni zamanda, birliyimizin, müsəlman aləmində gənc nəsillərimizin həmrəyliyinin günləri olacaq. Biz qardaşlıq ənənələrimizi bizi əvəzləyəcək gənc nəsillərə ötürməliyik. Nəzərə almaq lazımdır ki, bu gün media, qloballaşma və gündəlik həyatımızın digər elementləri müxtəlif aspektlər baxımından öz rolunu oynayır. Əfsuslar ki, onlar bəzən köklərimizi, ənənələrimizi sual altında qoyaraq, mənfi rol da oynayır. Qloballaşma özlüyündə yaxşı bir prosesdir. Lakin o bəzən kökləri, ənənələri, dini, bayramları və dəyələri yaddan çıxarmaq mənasını daşıyırsa, onda biz bu cür qloballaşmanı dəstəkləmirik.

Bu səbəbdən, müsəlman aləminin gənc nəsilləri milli, ənənəvi dəyərlərimizə əsaslanaraq tərbiyələndirilməlidirlər. Əlbəttə, Səudiyyə Ərəbistanının bu baxımdan oynadığı rol çox əhəmiyyətlidir. Azərbaycan da öz növbəsində dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, İslamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik. İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik”, - deyə, o, bildirib.

İlham Əliyev bəyan edib ki, İslam sülh və qardaşlıq dinidir.

“Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq.

İştirak etdiyimiz bütün beynəlxalq forum və təşkilatlarda müsəlman qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik, öz məqsədlərimizə nail olacağıq, müsəlman aləmində hamımız üçün çox zəruri olan daha güclü tərəfdaşlıq və birlik quracağıq. Hesab edirəm ki, hazırda aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilmiş İslam Əməkdaşlıq Təşkilatı ilə öz məqsədlərimizə nail olacağıq.

Mən göstərilən qonaqpərvərliyə görə bir daha Səudiyyə Ərəbistanının rəhbərliyinə və İslam Əməkdaşlıq Təşkilatına öz minnətdarlığımı bildirmək istəyirəm. Dünəndən etibarən burada özümü öz evimdəki kimi hiss edirəm. Bu, qardaşlığımızın təzahürüdür və əməkdaşlığımızın mahiyyətidir. Bir daha çox sağ olun. Sizin hamınızı Azərbaycana səfərə dəvət edirəm”, - deyə, prezident çıxışını yekunlaşdırıb.













Xəbəri paylaş

8628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___