Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Hər kəs deyir, anam namaz üstə olub" - Partlayışda yaralanan Təranə
Tarix: 08-04-2022 | Saat: 11:48
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər





"Location" klubda baş verən partlayışda yaralanan model Təranə Rzayeva (Merlin) ünvanına yazılan tənqidlərə cavab verib.
O, kluba getdiyi üçün onu qınayanlara səslənib. Təranə bildirib ki, şəkillərinə saxta profil açan şəxslər rəy yazıb:
"Bütün şəkillərimizin paylaşıldığı yerlərdə özlərinə yüzə yaxın saxta səhifələr açanlar şərh yazırlar. Onlar sırf şərh yazmaq üçün yaradılan saxta səhifələrdir. Ağışlarına gələn murdar ifadələr işlədirlər, öz ardlarıyca iyrənc kütlə yığırlar. Yəni əslində bunu yazan iki-üç adamdır.
Mənə yüzlərlə xanımlardan və bəylərdən dəstək mesajı gəlir. Əylənmişəm, demişəm, gülmüşəm... Kimə pislik etmişəm? Nəyisə edəndə kimdənsə icazə almayacağam ki... Yanan da mən oldum, sizlər deyil, kəfəni cıran da... Hər kəs deyir, anam namaz üstə olub. Mən deyirəm, qızım namaz üstə olub. Çünki orucluq girən günü ilk dəfə namaz qılmağa başlayıb, ilk orucunu tutub. O saatda klubda belə olmasaydım da, sahur üçün başqa restoranda olacaqdım. Hər orucluqda olduğu kimi. İçki də içməmişəm. Məni tanıyan bilir ki, içkiyə meyilli biri deyiləm, xoşlamıram".
Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location" klubdakı partlayış nəticəsində hazırda ölənlərin sayı 2 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib. 
 





Xəbəri paylaş

3798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___