Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bacısını güllələyən şəxs: Qorxutmaq istədim – VİDEO
Tarix: 11-03-2015 | Saat: 23:29
Bölmə:Hadisə / Xəbəraz TV | çapa göndər

Bacısını güllələyən şəxs: Qorxutmaq istədim – VİDEO
Faktla bağlı araşdırma aparılır.

Martın 10-da Xırdalanda bacısını güllələyən 1963-cü il təvəllüdlü Nadir Abduləliyev barəsində həbs-qətimkan tədbiri seçilib. Güllə yarası almış Aybəniz Lətifova isə hazırda xəstəxanada müalicə olunur.

Xeberaz.az APA TV-yə istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərindəki mərkəzi bazarda qeydə alınıb. 1963-cü il təvəllüdlü Nadir Abduləliyev bazarda bacısı, 1965-ci il təvəllüdlü Aybəniz Lətifovaya ov tüfəngindən atəş açıb.

Məlumata görə, ərindən boşanan Aybəniz Lətifova ilə qardaşının münasibətləri sərin olub. Pula ehtiyacı olan qadın bankdan kredit götürmək istəyib və qardaşından ona zamin durmasını xahiş edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb:

“Məni çağırdı, bazara getdim, qorxutmaq üçün 2 dəfə atəş açdım”.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

9348 dəfə oxunub.

Digər xəbərlər
28-04-2018, 14:19 Aşıq Şəmşir-125

bütün xəbərlər
____ Instagram ___