Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncədə 16 yaşlı qız sevdiyi oğlan tərəfindən qaçırıldı: Qız 6 aylıq hamilədir
Tarix: 29-03-2022 | Saat: 18:07
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda 16 yaşlı qız 6 aylıq hamilədir. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, yetkinlik yaşına çatmayan qız artıq iki dəfə ailənin razılığı olmadan evdən çıxıb gedib:
“Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Qızın xalası da bu barədə məlumat verib. İlkin məlumatlarımıza görə, qız Gəncədən olan bir oğlanla münasibət qurub və qoşulub gedib. Lakin oğlan tərəfindən şiddətə məruz qaldığı üçün Bakıya xalasının yanına qayıdıb. Hazırda da qız xalasının yanındadır. Təxmini hamiləliyin 6-cı ayındadır. Məsələ ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə də məlumat verilib. Qızın qeydiyyat məsələsi həll olunmalıdır, hazırda ailəsindədir. Sənədləşmə işləri həll olunduqdan, həkim nəzarətinə götürüldükdən sonra onu sığınacağa qəbul edəcəyəm”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 aylıq hamilə qalan 16 yaşlı qız barəsində yayılan məlumatlara aydınlıq gətirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirilib ki, qız artıq doğumla bağlı Suraxanı rayonunda qeydiyyata düşüb:
“Sözügedən hadisə ilə bağlı Komitəyə məlumat daxil olub. Qız hazırda Bakıda xalasının yanındadır. Suraxanı rayonunda doğumla bağlı qeydiyyata alınıb. Qızın qoşulub qaçdığı oğlanla bağlı Gəncə Şəhər Polis İdarəsində araşdırma başladılıb. Eyni zamanda məsələ ilə bağlı Suraxanı Rayon Polis İdarəsində də araşdırma aparılır. Bizdə olan məlumata görə, qız ilk dəfə 15 yaşında özündən 5 yaş böyük oğlana qoşulub qaçıb. Şiddətə məruz qaldıqdan sonra qaçıb sığınacağa müraciət edib. Sığınacaqdan da xalası ilə əlaqə saxlanılıb. Komitə tərəfindən qıza zəruri olan psixoloji yardımlar, hüquqi prosedurlar aparılır. Daha da dəhşətlisi odur ki, qız təhsildən yayınıb. Komitə tərəfindən qızın fərdi təhsilə cəlb olunması istiqamətində işlər aparılır”.


Xəbəri paylaş

5598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___