Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda daha bir dəhşətli olay: özünü evinin içində yandırıb öldürdü
Tarix: 26-01-2017 | Saat: 11:29
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda daha bir dəhşətli olay: özünü evinin içində yandırıb öldürdü



Bu gecə Gəncə şəhərində baş vermiş yanğınla bağlı bəzi məqamlar üzə çıxıb. Nizami rayonu Nizami küçəsi 5 ünvanındakı yanğının qəsdən törədildiyi üzə çıxıb. Məlum olub ki, ev sahibi, 1962-ci il təvəllüdlü Sultanov Arif Məmməd oğlu öz üzərinə və mənzilə benzin tökərək birgə od vurub. Ev tamamilə yanıb. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər A.Sultanovun yanmış meyitini aşkarlayıb.

Bildirilir ki, A.Sultanov əvvəllər məhkumluq həyatı yaşayıb. Onun psixoloji problemləri olub.


*****

04:24

Gəncədə bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbəri paylaş

6918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___