Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tanınmış alim vəfat etdi
Tarix: 22-08-2018 | Saat: 21:24
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Azərbaycan Yazıçılar Birliyinin üzvü Zaman Əsgərli vəfat edib.

Zaman Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonuunun Kərimbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır (1970-1974).

Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim işləmiş, həqiqi hərbi xidmətdə olmuşdur.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1976-1979). "N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1992). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi olmuşdur (1979-2002). Hazırda orada yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdürü vəzifəsində çalışıb (2003-cü ildən).

Eyni zamanda ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləmişdir. Şair Fikrət Sadığın "Dəniz küçəmizə gəlir" kitabı haqqında yazdığı ilk məqaləsi 1968-ci ildə hələ orta məktəbdə oxuyarkən "İşıq" qəzetində çap olunmuşdur.

ƏsərləriRedaktə

N.Vəzirovun "Müsibəti-Fəxrəddin faciəsi". Bakı: Elm, 1985, 100 s.
Ədəbiyyat. Orta məktəbin X sinfi üçün dərslik. Bakı: Maarif, 1996, 432 səh. (şərikli).
Nəcəf bəy Vəzirov. Bakı: Şuşa, 1998, 56 səh.
Nağı dayı (publisistik povest). Bakı: Azərbaycan, 1998, 80 səh.
Əziz Mirəhmədov. Bakı: Elm, 2000, 112 səh.
Ədəbiyyat. Orta məktəbin X sinfi üçün dərslik. Bakı: Maarif, 2001, 328 səh. (şərikli).
Mirzəşəfi Vazeh. Bakı: Elm, 2010.
XX əsr Azərbaycan poeziyası (Tərtib, müqəddimə, qeydlər). Bakı, 2005
FilmoqrafiyaRedaktə

Sübhün səfiri (film, 2012)
Kəminə (film, 2018)


Xəbəri paylaş

1 7958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___