Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
May-iyun aylarında sel və daşqınlar GÖZLƏNİLİR – Coğrafiya İnstitutundan XƏBƏRDARLIQ
Tarix: 24-03-2022 | Saat: 12:05
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



Son günlər respublikanın cənub bölgəsinə yağan intensiv yağışlarla əlaqədar çaylarda və su kanallarında sululuğun artması Masallı və Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrini iflic duruma salıb. Qısamüddətli sel və daşqın təhükəsi çoxsaylı fərdi yaşayış evlərini, həyətyanı və əkin sahələrini, eləcə də digər obyektləri subasmaya məruz qoyub. Masallının ardından indi də Lənkəranda sel vətəndaşları çətin vəziyyətə salıb. 100-ə yaxın ev su altında qalıb. Su kanalları, kanalizasiyalar da dolub daşır.

Bundan əlavə Azərbaycanın bir çox rayonlarında normadan artıq qar yağıb ki, bu da qarşıdakı vaxtlarda sel təhlükəsi yaradır. Mövzu ilə bağlı danışan AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib ki, indiki kimi yağıntılar olsa və normadan artıq davam etsə, sel hadisələri gözləniləndir:

“Şimalın soyuq havası ilə Cənubun isti havası qarışanda Cənub zonasında çoxlu fəsadlar yaranır. Nəhayət damcı halına keçərək yağıntı yağır. İrəlidəki günlərdə hansı hava kütləsinin olacağını Milli Hidrometeorologiya Xidmət biləcək. May və iyun ən çox yağıntılı aylardır. Bunlar sellər yarada bilər. Amma nə vaxt və necə olacaq, onu konkret demək mümkün deyil. Bəzi yoldaşlar bir həftə, bir ay və ya bir il əvvəl proqnoz verirlər. Azərbaycana müxtəlif istiqamətlərdən 8 növ maneəsiz hava kütləsi daxil olur və onların özünəməxsus xüsusiyyəti var”.

Ekoloq əlavə edib ki, yazın başlanğıcında, yəni boz ayda bu qədər yağıntının düşməsi nadir hadisələrdəndir:

“Cənub və Aran hissələrə bu özünü yağıntı formasında göstərir, daha hündür hissələrdə, Böyük və Kiçik Qafqazda isə qar halında düşür. Kifayət qədər yaşayış məntəqələrimiz su altında qalıb. Çünki bizim məntəqələrimiz bu cür ektremal vəziyyətlərə hazır deyil. Su kanalizasiya və elektrik sistemi problemlidir. Xüsusən normadan artıq yağıntı yağanda vəziyyət daha da ciddiləşir. Qar yağışdan fərqli olaraq tədricən əriyir və bunun müsbət nəticələri var. Sel suları yaratmır və torpağın üst qatını qəfildən yuyub aparmır.

Elə yağıntılar olur ki, torpağın çürüntü qatını yuyub aparır. Bu, xüsusi hallardır. Əgər qəfil istilər olarsa, bu xoşagəlməyən hal və problemlər yarada bilər. Azərbaycanın elə quraqlıq yerləri var ki, orada 1 sm torpaq min ilə əmələ gəlir.

Bu, bizim üçün erroziyadır. Qar tədricən əriyəndə torpağın alt qatına, bitkilərin kütləvi şəkildə kök siteminə hopur ki, bunun da effekti çox olur. Eyni zamanda bu halın torpaqəmələgəlmə prosesinə müsbət təsiri var. Bu yağıntıların həddindən artıq Azərbaycana xeyri var ki, qışa hazırlıqda taxıl və yem ehtiyatımız olacaq”.


Xəbəri paylaş

2828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___