Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bəzi dairələr İlham Əliyevi yönləndirməyə çalışır” – Əli Həsənov
Tarix: 11-06-2015 | Saat: 17:49
Bölmə:M / Karusel / Siyasət / M2 / Foto-fakt | çapa göndər

“Bəzi dairələr İlham Əliyevi yönləndirməyə çalışır” – Əli Həsənov

Bu gün Birinci Avropa Oyunları ilə bağlı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Gənclər və İdman naziri Azad Rəhimov birgə mətbuat konfransı keçirib.


Xeberaz.az “Qafqazinfo”-ya xəbər verir ki, konfrasda adıçəkilən rəsmi şəxslər jurnalistlərin suallarını cavablandırıblar. Al Cəzirə telekanalının jurnalistinin “Beynəlxalq ictimaiyyət siyasi məhbusları azad etməyə çağırmışdı. Azərbaycan onları azad edəcəkmi?” sualına cavab olaraq Ə. Həsənov deyib ki, son zamanlar bəzi qərb dövlətləri, qərbyönlü QHT-lər Azərbaycanda insan haqlarının, söz və mətbuat azadlığının pozulması ilə bağlı fikir səsləndirirlər: “Onlar təlqin etməyə çalışırlar ki, Azərbaycanda siyasi məhbus var. Azərbaycan 15 ilə yaxındır ki, Avropa Şurasının üzvüdür. Bu isə o deməkdir ki, ölkəmizdə Avropa məhkəməsinin qərarları birbaşa olaraq keçir. Əgər kimsə çıxarılan qərarlardan narazıdırsa, Avropa Məhkəməsinə müraciət edə bilər. Bir daha təkrar edirəm Azərbaycanda siyasi məhbus yoxdur”.

Əli Həsənov həmçinin bildirib ki, Avropa Oyunları bəzi dairələr tərəfindən ciddi-cəhdlə siyasiləşdirilməyə çalışılır. "Son vaxtlar bəzi dairələr prezident İlham Əliyevin iradəsinə fərqli-fərqli subyektiv mülahizələrə görə təsir etməyə, yönləndirməyə çalışırlar. Anti-Azərbaycan platforması formalaşdıraraq sistemli şəkildə anti-Azərbaycan fəaliyyəti göstərirlər. Bu həm bəzi Avropa dövlətlərinin, ABŞ-ı təmsil edən QHT-lərin, Avropa Patlamentinin, Avropa Şurasının bir sıra hüquq-müdafiə təşkilatlarının fəaliyyətində özünü göstərir”.

***
CNN telekanalının əməkdaşı Avropa Oyunları ilə bağlı ölkəyə gəlmək istəyən Amnesty İnternationalın əməkdaşının səfərinin oyunlardan sonraya təxirə salınması ilə bağlı sual ünvanlayıb. Ə. Həsənov bildirib ki, son vaxtlar dünya mətbuatında bununla bağlı xəbərlər dərc olunur: “Bu barədə xüsusi araşdırma aparılıb və məlum oldu ki, Amnesty İnternationalın adından heç kim qeydiyyatdan keçməyib. Yəni bu təşkilatın adından viza alan olmayıb. Sonra məlum oldu ki, bu təşkilatı təmsil edən ayrı-ayrı jurnalistlər dolayı yollarla, ayrı-ayrı mətbuat orqanlarının təmsilçiləri kimi Azərbaycana daxil olmaq istəyiblər və qarşısı alınıb”.


Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___