Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mixək çeynəməyin sağlamlığa faydaları – iltihabdan xərçəngə qədər
Tarix: 22-02-2022 | Saat: 08:33
Bölmə:Karusel / Maraqlı | çapa göndər


Mütəxəssislər sübut edirlər ki, mixəyi acqarına çeynəmək effektli terapevtik təsir edir, iltihabdan və hətta xərçəngdən qoruyur.
Ekspertlərin sözlərinə görə, mixək ağız suyunun ifrazını, bağırsaqların hərəkətliliyini artırır və bununla da həzm proseslərini yaxşılaşdırır, "tənbəl bağırsaq" sindromu zamanı yardım edir.
Bundan əlavə mixək mədə qıcqırması və köpdən də azad edir.
Həmçinin mixəyi çeynəmək hipotoniyadan (aşağı təzyiq) əziyyət çəkən insanlar üçün çox faydalıdır. Təzyiqin düşməsi zəiflik, süstlülk, baş gicəllənməsi, tonusun və konsentrasiyanın azalması kimi xoşagəlməz simptomlarla müşayiət olunur. Mixek bu simptomları azaldır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır.
Tərkibində olan efir yağları sayəsində mixək həm də güclü iltihableyhinə təsirə malikdir - ağız boşluğu, udlaq, boğaz və damaqlarda iltihabları azaldır, pis ağız qoxusundan xilas edir.
Mixəyin tərkibində olan evgenol maddəsi xərçəng hüceyrələrinin inkişafını ləngidir.
"Acqarına 1 və ya 2 mixək çeynəyin. Bunu müntəzəm edən insan özünü daha yaxşı hiss etməyə başlayacaq", - mütəxəssislər qeyd edir.
Lakin nəzərə almaq lazımdır ki, hipertoniyadan (yüksək təzyiq) əziyyət çəkən insanlara mixək ziyna vura bilər.


Xəbəri paylaş

3948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___