Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yağmursuz hava, 15 dərəcə isti - SABAH
Tarix: 21-02-2017 | Saat: 12:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yağmursuz hava, 15 dərəcə isti - SABAH



Fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah havanın temperaturu gecə 1-4°, gündüz 8-12, Bakıda gecə 1-3°, gündüz 10-12° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, fevralın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


Xəbəri paylaş

5948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___