Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrəvan Bakıya təxribat hazırladı, amma… - Şərh
Tarix: 07-05-2016 | Saat: 10:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

İrəvan Bakıya təxribat hazırladı, amma… - Şərh

İlin sonuna qədər Rusiyanın hansısa bir plan təqdim etmək niyyəti var. Plan Azərbaycanı qane etsə, həyata keçiriləcək. Bunun yeganə yolu isə Ermənistana siyasi təzyiqlərdən keçir. Əks təqdirdə güc variantı yenidən işə düşəcək.

Bu sözləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durumu şərh edən politoloq Fikrət Sadıqov deyib. O, Ermənistanın son addımının ideoloji təxribat olduğunu açıqlayıb:

“İrəvan qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı məsələni qəsdən bir oyun şəklində gündəmə gətirdi. Məqsəd isə guya Azərbaycana və dünyaya ideoloji təxribat mesajı vermək idi. Ermənistan bununla həm də bir sıra dövlətlərin mövqeyini yoxladı. Ancaq bundan da bir şey çıxmadığını və zərbənin özlərinə geri qayıdacağını anlayıb, geri çəkildilər. Qarabağ məsələsi ətrafında gərginlik səngimir, hətta yaxın gələcəkdə də davam edəcək. Aprel hadisələri sübut etdi ki, Azərbaycan öz torpaqlarını azad etməyə tam hazırdır. İş orasındadır ki, biri var erməni tərəfi bunu başa düşsün, biri də var bundan nəticə çıxarsın. Bütün olanlardan sonra heç bir nəticə çıxarmayacaqlarsa, qan töküləcək. Çünki Azərbaycan artıq hücum mövqeyindədir və xeyli məsafə qət edib. Düzdür, rəsmi Bakı danışıqlardan da imtina etməyib, ancaq əsas mövqeyindən də geri dönməyəcək. Bunu aparıcı dövlətlər də çox yaxşı dərk ediblər. Təsadüfi deyil ki, ilin sonuna qədər Rusiyanın hansısa bir plan təqdim etmək istəyi var. Plan Azərbaycanı qane etsə, həyata keçiriləcək. Bunun yeganə yolu isə Ermənistana siyasi təzyiqlərdən keçir. Əks təqdirdə güc vasitəsi yenidən işə düşəcək”.



3448 dəfə oxunub.

Digər xəbərlər
24-02-2017, 10:46 Bakı nefti də bahalaşdı
12-07-2017, 10:38 Zəhrasız 7 gün...

bütün xəbərlər
____ Instagram ___