“Omikron” xaricdən sifariş edilən bağlamalarla yayılır?
Tarix: 19-01-2022 | Saat: 10:51
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər
Çin hökuməti yerli sakinlərə koronavirusun “Omikron” ştammının yayılması risklərini azaltmaq üçün xaricdən məhsul sifariş etməyi dayandırmağı tövsiyə edib.
Bu barədə Pekinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Ölkə hökumətinin açıqlamasına görə, ola bilsin ki, koronavirusun yeni variantı Kanadadan gələn məktubla Pekinə çatıb.
Xarici poçtdan imtina edə bilməyənlər üçün səhiyyə orqanı bir neçə göstərişə əməl etməyi tövsiyə edib: bağlamaları evdən kənarda maska və əlcəklə açmaq lazımdır, “Omikron” infeksiyası riski yüksək olan ölkələrdən gələn əşyaları antiseptiklə təmizləmək lazımdır.
Həmçinin, Çin səlahiyyətliləri yeni növ koronavirusun bağlamalar vasitəsilə ölkəyə daxil ola biləcəyindən qorxurlar, çünki “Omikron”la ilk yoluxma halı xarici məktubla əlaqəli olub. Pekin sakini Kanadadan məktublar alıb və koronavirusa yoluxub, sonradan bu məktubda virus aşkar edilib.
Çatdırılma zamanı məktub ABŞ və Honkonqa səfər etməyi də bacarıb. Onunla təmasda olan bütün poçt işçiləri karantinə göndərilib. Həmçinin xəstənin bütün ailəsi, kuryer və 60-dan çox insan təcrid edilməli olub.
1588 dəfə oxunub.
Digər xəbərlər

10-04-2015, 18:20
Ərinin yaşadığı qadını küçə ortasında döydü!
4-09-2020, 02:37
"Traktor" İran kubokunu qazandı
12-06-2017, 22:35
Ağcaqanadlardan qorunmağın sadə üsulları
30-11-2017, 10:59
Ədliyyədə yeni RƏİS TƏYİNATI
14-11-2015, 23:39
Mehriban Əliyeva Əlillərin Bərpa Mərkəzində - Fotolar
26-12-2021, 10:50
Kovid kişilərin ata olmaq şansını azaldır
29-04-2016, 23:11
ABŞ-dan qandonduran açıqlama
19-10-2018, 18:24
"Sürüşmə evlərin hasarlarına doğru yaxınlaşır" - Gərginlik qalmaqdadır
17-04-2015, 15:20
General oğlunun vurduğu şəxs ölməyib – YENİLƏNİB