Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ Azərbaycanla hərbi təlimlərə başlayır?
Tarix: 01-11-2016 | Saat: 13:32
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

ABŞ Azərbaycanla hərbi təlimlərə başlayır?

Vaşinqton Azərbaycanla Ermənistan arasında Aprel döyüşlərinin təkrarlanmasını istəmir. Çünki anlayır ki, Cənubi Qafqazda yeni müharibə böyük dövlətləri bir-biri ilə qarşı-qarşıya qoyacaq.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri ABŞ-ın Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenterin Azərbaycana səfərini şərh edən politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçiyə görə, Pentaqon rəsmisinin “Azərbaycan ordusu istənilən təhdidə cavab vermək iqtidarındadır”sözləri işğal altındakı torpaqların güc yolu ilə azad edilməsini yox, şimal və ya cənub istiqamətlərindən gələn təhdidləri nəzərdə tutub.

Politoloq bildirib ki, Pentaqon rəsmisinin indiki məqamda Azərbaycana səfərinin bir neçə səbəbi var:

“Birincisi, cəbhədə vəziyyət gərgindir. Vaşinqton Azərbaycanla Ermənistan arasında Aprel döyüşlərinin təkrarlanmasını istəmir. Çünki anlayırlar ki, Cənubi Qafqazda yeni müharibə böyük dövlətləri bir-biri ilə qarşı-qarşıya qoyacaq. Onsuz da Ukrayna və Suriya ilə bağlı böyük dövlətlər arasında ciddi fikir ayrılıqları var, daha bir bölgədə növbəti müharibə bu gərginliyi bir az da artıracaq. Ona görə də Pentaqon öz nümayəndəsini bölgəyə göndərməklə vəziyyəti yerindəcə təhlil etmək və tərəflərin mövqelərini müəyyənləşdirmək istəyir. Vaşinqton Azərbaycanda sabitliyin pozulmasını istəmir. Əks halda, bunun fəsadlarının Amerikanın maraqlarına da toxunacağını anlayırlar.
İkincisi, ABŞ-da prezident seçkisindən sonra bir müddət hakimiyyət boşluğu yaşanacaq. Yeni seçilən prezidentin xarici siyasətdə fəallaşması vaxt aparacaq. Bu boşluqdan isə ABŞ-ın bölgədəki rəqibləri istifadə edə bilərlər. Ona görə də Amerikanın maraqlı olduğu bölgələrdə boşluq yaranmasın deyə, Vaşinqton öz emissarlarını müxtəlif ölkələrə, o cümlədən Azərbaycana göndərir”.

Politoloq Vaşinqtonun Rusiya-Azərbaycan hərbi əməkdaşlığından narahatlığını səfərin üçüncü və əsas səbəbi kimi qeyd edib:

“Azərbaycan Rusiyadan silah alışına milyardlarla dollar pul xərcləyib. ABŞ Azərbaycana silah satmır. Bunun üçün Konqresin razılığı lazımdır. Belə bir razılığın əldə olunması mümkün deyil. Bu ABŞ-Azərbaycan hərbi əməkdaşlığına mane olan əsas faktordur. Ona görə də Pentaqon bunun əvəzinə Azərbaycanla digər sahələrdə hərbi əməkdaşlığını genişləndirmək istəyir. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, bu iki ölkə mütəmadi olaraq birgə hərbi təlimlər keçirirlər. Azərbaycan Rusiya ilə bəzi istisnalar xaricində birgə geniş tərkibli hərbi təlimlər keçirə bilməz. Bu faktor isə Pentaqonun işinə yarayır. Ona görə də ABŞ Azərbaycanla birgə təlimlər keçirə, Azərbaycan ordusunun NATO standartlarına keçməsi üçün texniki yardım göstərə və bu məqsədlə hərbi mütəxəssislərini Bakıya göndərə bilər”.

Qeyd edək ki, ötən gün Azərbaycanda səfər olan ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb.


Xəbəri paylaş

5738 dəfə oxunub.

Digər xəbərlər
5-05-2018, 09:38 Xalq artisti vəfat etdi

bütün xəbərlər
____ Instagram ___