Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
1 manatlıq dönər nə ətindəndir? - “Kilosu 3 manata da ət satılır...”
Tarix: 27-10-2021 | Saat: 16:08
Bölmə:Karusel / M2 / Araşdırma | çapa göndər



Dünyada “fast food” adıyla məşhur olan ayaqüstü yeməklər ən çox tələbələrin gündəlik qida rejimində yer tutur.

“Fast food”ların ziyanları haqqında nə qədər danışılsa da, bu yeməklərə tələbat olduğu kimi qalır. Azərbaycanda sürətli hazırlanmasına, ucuz başa gəldiyinə, doyumlu olduğuna görə dönər bu yeməklərə liderlik edir. Satıcıların dediyinə görə, ən çox tələb toyuq ətindən hazırlanan dönərlərədir.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi isə “fast food” yeməklərindən toyuq dönərini daha təhlükəli hesab edərək ölkə dönərxanalarında onun satışını 2006-cı ildən qadağan edib. Lakin toyuq dönərinin satışı qadağan olunsa da, bu illər ərzində dönərxanalarda açıq şəkildə satışı davam edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Azərbaycanda fəaliyyət göstərən dönərxanaların vəziyyəti ilə bağlı dəfələrlə monitorinqlər keçirib və antisanitar şəkildə fəaliyyət göstərən dönərxanalar aşkar olunub.

Azərbaycanda dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması üçün Agentlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs və “ABAD” publik hüquqi şəxslə birlikdə “Nümunəvi Dönər Biznesi” layihəsi həyata keçirir. Həyata keçirilən yeni layihənin məqsədi dönər biznesi ilə məşğul olan müxtəlif qida obyektlərinin texniki normativ hüquqi aktların tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin etməkdir.

AQTA-nın məlumatına görə, Agentliyin təşəbbüsü ilə ilkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur.

Bu layihə həyata keçirilərsə, dönərxanaların vəziyyəti düzələcək? Ucuz dönər necə menyumuzdan çıxarılacaq?

Mövzuyla bağlı açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri (AİİB) Eyyub Hüseynov deyib ki, iki ilə dönərxanalardakı vəziyyəti düzəltmək olar:

“Bu layihə hələ məsələni kökündən həll etməyəcək. AİİB- daim Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə bu cür təklif edib. Bu bazardakı vəziyyəti dəyişdirib istehlakçıların üzünü nümunəvi yerlərə tutmaqla tədricən dəyişə bilər. Layihə çox uğurlu olarsa, iki il müddətində vəziyyəti dəyişmək olar. Bu layihə dönərlərin qiymətinin artımına da təsir edə bilər. Onu da qeyd edək ki, ölkədə dönərləri qanuni yolla hazırlayan və heyvan xəstəliklərini məhv etmək üçün ətləri -40 şok dondurmadan keçirən iki müəssisə var. Ancaq dönərxanaların heç 1 faizi də həmin şirkətlərdən dönər almır. Ona görə də biz həmişə deyirik ki, bazar üsulları inzibati yollarla tənzimlənə bilmir, hökümət mübarizə aparır, qarşısını ala bilmir. Bu səbəbdən bazar fəndləri işləməlidir. Yəni istehsalçılar təmiz dönər hazırlayan nümunəvi yerlərə üz tutmalıdır ki, digərləri ya özləri düzəlsinlər, ya da bağlansınlar. Demək istəyirəm ki, bu layihənin başlanğıcında hələ biz ən azı bir il təhlükəli ətlərin, mənşəyi məlum olmayan ətlərin dönərxanalarda satıldığını görəcəyik”.

Birliyin sədri ölkədə hazırkı ərzaq qiymətləri ilə bir manatlıq dönərlərin satılmasının mümkün olduğunu bildirib: “Ölkədə qanuni kəsilmiş, xəstəlikdən ölməyən və qocalmış heyvan ətlərinin kiloqramı 3 manata satılır. Yəni qocalmış, artıq bala verməyən heyvanlar var ki, onların əti dönərxanalara və kolbasa sexlərinə yarayır. Lakin onu da qeyd edək ki, illər boyu ölkədə mundar ət biznesi, ölmüş heyvanların daşınması biznesi var. Bu işlə ən düzgün mübarizəni Daxili İşlər Nazirliyi yanında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb. Onların sayəsində bu işlərlə məşğul olan nə qədər adam ifşa olunub. Mənşəyi bilinməyən ətlərin dönərxanalara daşınması, təəssüf ki, hələ də davam edir”.

Dönərin qiymətlərinin icarə haqqına görə dəyişə bildiyini deyən Eyyub Hüseynov toyuq ətindən hazırlanan dönərlərin satılma qaydalarına da toxunub:

“Məlumdur ki, toyuq əti tez çirklənir, bizim dövlət orqanlarına bununla bağlı rəsmi məktubumuz da var. Demişik ki, de-yure qadağandır, de-fakto satılır. Səhiyyə Nazirliyi isə toyuq dönərlərinin satılmasına göz yumur. Bizə əhəmiyyət kəsb etməyən cavab verdilər. Qeyd edim ki, təkcə adını çəkdiyim iki müəssisəyə icazə verilib ki, toyuq dönəri də hazırlasınlar. Çünki həmin yerlərdən alınan dönərlər təhlükəsizdir. Digərlərində isə hansı quş hazırlandığı müəmmalıdır. Hansı dönərxanalarda Qida Təhlükəsizliyi Agentliyinin icazəsi varsa, onlara üstünlük vermək lazımdır, onların toyuq ətindən dönər hazırlamasına da icazə var”.


Xəbəri paylaş

7228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___