Bakıda yerləşən "Landau School" adlı məktəbdə valideynlə mühafizə əməkdaşları arasında dava düşüb. Görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı "Landau School"dan verilən açıqlamada bildirilib ki, hadisə özünü valideyn kimi təqdim edən şəxsin uşağı məktəbdən götürmək istəməsi səbəbindən baş verib:
"Bu məktəbdə təhsil alan bütün şagirdlərin valideynlərinə kart verilib. Hər bir valideyn uşağı məktəbdən aparanda həmin kartı təqdim edir. Lakin gələn şəxs kartını təqdim etmədən uşağı götürmək istəyib. Mühafizəçi icazə vermədiyi üçün həmin şəxs ona hücum edib və mübahisə düşüb. Biz haradan bilə bilərik ki, həmin şəxs uşağın həqiqətən də valideynidir. Uşağa görə məsuliyyət bizim üzərimizdədir. Daxili qaydalara görə, kartsız heç bir şəxsə uşaq təhvil verilmir. Məktəbin hər yerində kameralar var və görüntülər hüquq mühafizə orqanlarına təqdim olunacaq. Bizdə heç bir günah olmayıb. Hazırda proses gedir. Sonda bütün məlumatlar açıqlanacaq".
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə Trend-ə açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar: "Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək".
Məktəbdə valideynlə mühafizəçi arasında niyə dava düşüb? - AÇIQLAMA
Tarix: 30-09-2021 | Saat: 14:06
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
4178 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-09-2021 | Saat: 14:06
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
23-12-2016, 20:41
Təyyarə qaçıranlar təslim oldu - Video
10-03-2022, 11:38
Gəncədə bu tibb ocağı NƏ İŞLƏ MƏŞĞULDUR? - Prezidentə müraciət olundu
24-12-2015, 22:35
Çin Suriyaya yardım əlini uzatdı
7-07-2017, 12:28
Bakı metrosu yay qrafikinə keçir
9-01-2017, 17:53
Rəcəb Tayyib Ərdoğan: "Onlara dost deməyə dilim gəlmir"
10-06-2016, 13:19
Bulvar 5 gün bağlı olacaq
7-09-2015, 11:59
Mən səkkizinci sinifdən korlanmışam – FOTO
7-01-2022, 11:23
Bakıda 23 yaşlı oğlan özünü 15-ci mərtəbədən atdı