Rəcəb Tayyib Ərdoğan: "Onlara dost deməyə dilim gəlmir"
Tarix: 09-01-2017 | Saat: 17:53
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
"Onlara dost deməyə dilim gəlmir".
"Xəbəraz.az " xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 9-cu toplantısında deyib.
Rəsmi Ankaranın Qərbdəki müttəfiqlərini sərt formada tənqid edən prezident qeyd edib ki, Türkiyədə adı "qara siyahı"da olan FETÖ-çü (Fətullahçı Terror Təşklilat - "Report") şəxsi ABŞ-da rektor təyin ediblər: "Bu necə olur? Avropa dəyərlərinin bu dərəcədə ayaqlar altına atılmasının səbəblərini anlamırıq. Suriyalı qaçqınlardan sığınacaq əsirgəndiyi halda, FETÖ və PKK qruplaşmasnın terrorçularına bu haqq qızıl məcməyidə verilir. Onlar dövlət çevrilişi edənlərə və terrorçulara sahib çıxırlar. Əlbəttə, belə bir mənzərə qarşısında onlara dost deməyə dilim gəlmir. Ən azından müttəfiq dediyimiz dövlətlərə bu yaraşmır".
Qeyd edək ki, yanvarın 8-dən Ankarada Türkiyənin xarici ölkələrdəki səfirlərinin 9-cu konfransı keçirilir. "2023-ə doğru: Milli dəyərlər və qlobal hədəflər" adlı tədbirdə terrora qarşı mübarizə məsələsi də müzakirə edilir.
Konfransda Avropa İttifaqına hazırda sədrlik edən Maltanın xarici işlər naziri Corc Vella, Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze, Tunisin xarici işlər naziri Xemais Jinau, Finlandiyanın xarici işlər naziri Timo Soyni, Beynəlxaq Miqrasiya Təşkilatının baş direktoru Leys Svinq də iştirak edirlər.
Toplantı yanvarın 14-də başa çatacaq. report
Xəbəri paylaş
7398 dəfə oxunub.
Digər xəbərlər

8-04-2017, 11:13
1843 ailə yeni mənzillə təmin ediləcək - FOTO
16-03-2016, 13:47
Çılpaq qız magistral yolda tıxac yaratdı (VİDEO)
1-02-2018, 11:07
Vərəmə tutulmamaq üçün... 5 SADƏ MƏSLƏHƏT
24-07-2016, 10:02
Yaponlardan ayağın formasını alan qəribə ayaqqabı — FOTO
27-08-2020, 13:26
Daş karxanasının direktoruna məcburi göstəriş verildi
3-09-2017, 16:42
Türkiyəli model izləyicisini təhqir etdi
28-04-2016, 18:36
Dnestryanı savaşı başlayır: Raketlər hazırlandı
5-06-2016, 20:55
Rus gəmisi qırıcı ilə İstanbuldan keçdi
14-09-2022, 11:37
Şəhid Azərin 20 gün əvvəl toyu olmuşdu...