Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prokurorluqdan ana və övladının ölümü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
Tarix: 02-09-2021 | Saat: 12:11
Bölmə:Karusel / Hadisə | çapa göndər

Prokurorluqdan ana və övladının ölümü ilə bağlıAÇIQLAMA - YENİLƏNİB



Avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat etmişlər.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmişdir.
Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılır.
***
10:39
“Azərbaycanda gənc ana fiziki zorakılığa məruz qalıb”.
Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Onun sözlərinə görə, avqustun 30-da Niftəliyeva Aytən İlham qızı övladı Niftəliyeva Tahirə Rəhman qızı ilə birlikdə əri Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalıb:
“Nəticədə 1 yaş yarımlıq körpə anası ilə bərabər ailəyə məxsus üç mərtəbəli şəxsi binanın başından yerə yıxılıb və Tahirə balamız yerindəcə dünyasını dəyişib. Anası isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib”.
Qeyd edək ki, sosial şəbəkələrdə Aytən Niftəliyevanın artıq vəfat etməsi barədə məlumat yayılıb.


Xəbəri paylaş

4598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___