Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
UEFA tarixində ilk dəfə hakimin yanlış qərarı səbəbindən oyunun təkrar keçirilməsinə qərar verib.
Tarix: 10-04-2015 | Saat: 01:32
Bölmə:Karusel / İdman / M2 / Araşdırma | çapa göndər

UEFA tarixində ilk dəfə hakimin yanlış qərarı səbəbindən oyunun təkrar keçirilməsinə qərar verib.


Xeberaz.az qol.az-a istinadən verdiyi məlumata görə, Avropa çempionatının seçmə mərhələsində İngiltərə və Norveçin 19 yaşadək qadınlardan ibarət futbol yığmaları arasında keçirilən oyun hakimin qərəzli qərarı ilə yadda qalıb.

Norveçin 2:1 hesabı ilə üstün olduğu oyunun son dəqiqələrində baş hakim Mariya Kurtes Skandinaviya təmsilçisinin qapısına penalti zərbəsi təyin edib. İngiltərə yığmasının üzvü Liya Vilyamson penaltidən hesabı bərabərləşdirsə də, referi zərbə zamanı qayda pozuntusunu əsas gətirərək qolu qeydə almayıb. Almaniyalı hakim penaltinin təkrarlatmaq əvəzinə Norveçin lehinə sərbəst zərbə təyin edib. Oyun Norveçin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan sonra ingilislərin etirazları bəhrəsini verib. UEFA hakimin qərarının yanlış olduğunu bildirirək oyunun yenidən keçiriləcəyini bəyan edib. Oyun uzatma dəqiqələrindən, ingilislərin penalti zərbəsi ilə başlayacaq. Hər iki komanda eyni futbolçularla meydanda olacaq. Lakin almaniyalı referi Mariya Kurtes bu oyunu idarə etməyəcək.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "İnter" matçının son dəqiqələrində Riçard Almeyda rəqib qapısına yol tapsa da, matçın baş hakimi Miroslav Zelinka bu qolu ofsayd kimi qiymətləndirərək qeydə almayıb. Ağdam təmsilçisinin qələbənin "Qarabağ"a verilməsi və ya oyunun yenidən keçirilməsi ilə bağlı UEFA-ya etdiyi şikayət nəticəsiz qalmışdı.


Xəbəri paylaş

6568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___