Hacı İbrahim qardaşı Nazim İbrahimovdan “imtina etdi”
Tarix: 29-04-2018 | Saat: 14:56
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevmətbuata son açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov haqqında narazılığını ifadə edib, onun sərəncamına verilən vəsaitlərin ünvanına çatmadığını və bütün bunlardan ölkə prezidentinin xəbərdar olduğunu vurğulayıb.
Son illər mətbuat Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov, onun qardaşıları - "Avesta” konsernin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) və iş adamı Sahil İbrahimovun adını müxtəlif qaranlıq məsələlərdə hallandırır. Hətta iddialara görə, İbrahimovların mövqeləri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin ifşasından sonra sarsılıb. O da qeyd edilir ki, iqtidarda dayaqlarını və nüfuzunu itirən qardaşlar haqqında ölkə rəhbərliyinə xoş olmayan məlumatlar çatdırılıb.
Xüsusilə Hacı İbrahim Nehrəmlinin "Beynəlxalq bank işi”nə görə bir neçə dəfə istintaq tərəfindən dindirilməsi və kredit oyunlarında iştirakının üzə çıxması, sahibkar qardaşı Sahil İbrahimovun tikinti şirkətində dələduzluq hallarının ifşa edilməsi və ən əsası qardaşlardan dövlət vəzifəsi daşıyan Nazim İbrahimovun rəhbəri olduğu komitədə "yuyulan” pulların araşdırılması bütövlükdə bu "ailə biznesi”nin sonunu gətirib.
Amma qardaşlar arasında qohumluq həddində isti münasbətlərin olmadığı heç kimə sirr deyil. Bəzi məlumatlara görə, Dövlət Komitəsindəki işini itirən Nazim İbrahimov Hacı İbrahim Nehrəmli ilə birgə çalışmağa, biznes fəaliyyətinə keçməyə hazırlaşır.
Modern.az məsələni dəqiqləşdirmək üçün Hacı İbrahim Nehrəmlinin mövqeyini öyrənməyə çalışıb. Hacı İbrahim açıqlamasında işlərilə bağlı hər hansı yenilik olmadığını, hələ də gözləmə mövqeyində qaldığını bildirib:
"Hələ ki, işlər istədiyimiz səviyyədə getmir”.
Nazim İbrahimovla birgə fəaliyyət göstərməsinə gəlincə, İ.Nehrəmlinin cavabı birmənalı olub:
"O ki qaldı, adını çəkdiyiniz şəxsə, xahiş edirəm mənə onun barəsində sual verməyin. O gün də bir jurnalist zəng vurdu, sonra baxdım mənim adımdan dastan boyda açıqlama yazıblar. Halbuki, o sözlər mənə aid deyil. Məndən özümə aid nə istəyirsiz soruşun, onun haqqında isə heç nə”.
Xəbəri paylaş
1 4008 dəfə oxunub.
Digər xəbərlər

20-05-2015, 22:14
Vətəndaşlar binanın qarşısına gül dəstələri düzüb.
20-12-2016, 02:27
Gözləyirdilər ki, Türkiyəyə ultimatum verək - Jirinovski
12-12-2016, 18:45
“670 min manatı həbsdə özünü asan MTN polkovnikinə vermişəm” - ŞOK İDDİA
31-05-2018, 11:23
Məşhur “qanuni oğru” Azərbaycana gəlir
17-12-2016, 12:07
Azərbaycanda bank olmayan yeni maliyyə institutları yaranacaq
4-07-2022, 11:21
Bakıda məşhur marketdə zəhərlənənlərin vəziyyəti necədir? - AÇIQLAMA
11-12-2022, 11:17
Bakıda yataqxanada YANĞIN: Sakinlər təxliyə edildi
14-09-2016, 11:15
Sabunçu rayonu Məhəmmədi kəndində 4 nəfər maşının altında qladı - 3 ÖLÜ
14-06-2015, 19:27
Bakıda yol polisi ağır qəza törətdi - VİDEO