Şirvanda tiryəkxana aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər narkotiklərə görə məhkum olunmuş 56 yaşlı Firuz Şadlinskinin və onun həyat yoldaşı, 55 yaşlı Qönçəgül Baxışəliyevanın yaşadıqları ünvanda tiryəkxana təşkil etməklə narkotik aludəçilərinə narkotik maddələrin istehlakına şərait yaratdıqları, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olduqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı oradan "patı" və "şüşə" adlanan narkotik maddə-metamfetamin, heroin, elektron tərəzi və narkotiklərin satışından əldə edilən pullar aşkar edilərək maddi sübut kimi götürülüb.
Həmçinin əməliyyat tədbiri keçirilən zaman orada narkotik vasitə qəbul edən iki nəfər şəxs də saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakini Novruz Məmmədov və Hacıqabul rayon sakini Namiq Abdullayev olduqları müəyyənləşdirilib. Hər iki şəxs dindirilmə zamanı tiryəkxanaya narkotik vasitə qəbul etmək üçün gəldiklərini və pul müqabilində ev sahiblərinin onlara şərait yaratdıqlarını bildiriblər.
F.Şadlinski və Q.Baxışəliyeva isə izahatlarında onlara məxsus fərdi yaşayış evində narkotiklərin satışı həyata keçirdiklərini etiraf ediblər.
Faktla bağlı Şirvan ŞPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Narkotik satan ər-arvad saxlanıldı - FOTO
Tarix: 05-08-2021 | Saat: 15:02
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Xəbəri paylaş
5648 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-08-2021 | Saat: 15:02
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
19-11-2015, 13:13
Dövlət Komitəsindən məcburi köçkünlərə XƏBƏRDARLIQ
28-11-2015, 20:34
Qəhrəman polis 10 gün əvvəl ata olubmuş...
8-06-2021, 09:48
Beyləqanda Bələdiyyə sədri narazlıq yaradır - MÜRACİƏT
11-07-2015, 04:00
Ölkəmizdə avtobus qəzaları üstünlük təşkil edir (VİDEO)
8-10-2015, 22:34
Yevlaxda ananın ayağı sürüşdü balasın isə apardı
19-10-2021, 14:43
"450 manat borca görə günə 10 kişi ilə cinsi əlaqədə olurduq" - Türkiyəyə işləməyə gedən qadın
18-05-2017, 16:13
Hollivudun milyarder cütlüyü elan olundu - FOTOLAR
8-03-2021, 13:54
Füzuliyə qanunsuz keçmək istəyənlər saxlanıldı - Foto
24-03-2016, 13:39
SÜLEYMAN ÇAKIR Türk kişiləri ayağa qaldırdı VİDEO