Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qəhrəman polis 10 gün əvvəl ata olubmuş...
Tarix: 28-11-2015 | Saat: 20:34
Bölmə:M / Karusel / Gündəm / Reportaj | çapa göndər

Qəhrəman polis 10 gün əvvəl ata olubmuş...
Nardarandakı toqquşmada həlak olan polislərdən biri dindar olub.

Xəbəraz.az xəbər verir ki, həlak olan polis Tağıyev İsmayıl Rəsul oğlu təbiətcə sakit, xeyirxah və Allaha inanan adam olub.

Təkcə özü deyil, bütün ailə üzvləri dindar olub. Məlumata görə, mərhumun həyat yoldaşı hicablı qadındır. DİN-in əməliyyatçısı olan İsmayılın iki övladı var, onlardan biri 10 gün əvvəl dünyaya gəlib.

Məlum olub ki, İsmayıl toqquşma zamanı ayağından yaralanıb. Onu hadisə baş verən evdən vaxtında çıxarmaq mümkün olmayıb. Bu səbəbdən o, qanaxmadan dünyasını dəyişib.

Mərhum polis əməkdaşı ilə vida mərasimi əvvəllər yaşadığı Xırdalan şəhərindəki evdə keçirilir. O, bu gün II Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. 2 polis əməkdaşı həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.



5878 dəfə oxunub.

Digər xəbərlər
02-07-2022
bütün xəbərlər
____ Instagram ___