əlumata görə, meyiti tapılan şəxslər ailəvi dost olublar. Bununla yanaşı oğlan subay, qız isə evli olub.
İlkin ehtimala görə, onlar dəm qazından boğulublar. Belə ki, Vahid Məmmədov avtomobili qaraja saldıqdan sonra qapıları arxadan bağlayıb. Avtomobilin kondisioneri isə işlək vəziyyətdə olub. Ehtimal edilir ki, avtomobildən ixrac olunan dəm qazı kondisioner vasitəsi ilə maşına dolub və nəticədə hər iki şəxs boğularaq ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
***