Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sərdar Cəlaloğlu sübut etməsə, namussuzdur" - Deputatla partiya sədri arasında qalmaqal böyüyür
Tarix: 18-08-2019 | Saat: 12:37
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Həftə-Reytinq | çapa göndər

"Sərdar Cəlaloğlu sübut etməsə, namussuzdur"
ADP sədri Sərdar Cəlaloğlu ilə millət vəkili Fazil Mustafa arasında yaranan qalmaqal daha da böyüyür.

 Deputat partiya sədri də daxil olmaqla ona "FETO"çu deyənlərə fikirlərini sübut etməyə çağırıb:

“Budur bax, bütün böhtançılar beləcə özlərini ifşa edirlər. Neçə müddətdir böhtanlarını sağa-sola dağıdırlar və deyirlər ki, ittihamlarımı sübut edərəm. Qarşılarına şərt qoyanda ki, sübut etməsən, namussuzsan, o zaman mövzudan yayınmağa çalışırlar. Mən adama deyirəm ki, PKK-çı ilə görüşmüsən. Adam özü də etiraf edir ki, bəli görüşmüşəm. Ardınca deyirəm ki, ondan vaxtilə təlimat aldığını ehtimal edirəm. Yəni "sübut edərəm" demirəm, "ehtimal edirəm" deyirəm. Sənsə mənə "sübut edərəm" deyirsən. Mənim "ehtimalım" subyektiv mülahizədir, sənin "sübut etmən" hüquqi iddiadır. Bu fərqi anlamayacaq bir cahilin mənimlə mübahisədə nə işi var? Yenə də deyirəm, mənə bu vaxta qədər "FETO"çu deyənlər, o cümlədən Sərdar Cəlaloğlu da sübut etməsələr, namussuzdurlar. Olmayan bir şeyi necə sübut edəcəklər? Ardınca hələ mənə yol da göstərir. Deyir ki, özü MTN-ə müraciət etsin, bu da gedib orada əleyhimə ifadə versin. Yenə də hüquqi savadsızlıq ortaya qoyur. Təqsirsizlik prizumsiyası deyilən termindən xəbəri yoxdur. İttiham olunan şəxs özü təqsirsizliyini sübuta yetirməliymiş sanki.. Buyur MTN-ə, Türkiyə MİT-nə, Rusiya FSB-nə müraciət elə, əksinə mən gedim ortaya qoyum ki, bu böhtanlar hansı ölkənin mətbəxində hazırlanıb tirajlanır və Sərdar Cəlaloğluna da məhz bu ifadəni işlətməyi niyə həvalə ediblər. Elmdə nisbilik nəzəriyyəsini biologiyaya qatıb Gülümsərovluq etmək onsuz da bir utancverici davranışdır, üstəlik böhtançılıqla məşğul olmaq insana heç şərəf gətirməz”.

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu mətbuata müsahibəsində millət vəkili Fazil Mustafaya “Fazil Mustafa özündən arxayındırsa, sübut istəyirsə, Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət eləsin”-deyə mesaj göndərib.

Xatırladaq ki, ADP sədri millət vəkili Fazil Mustafanı “FETO”-cularla əlaqədə ittiham edib. Bundan əsəbiləşən deputat isə "Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur”, - deyə onun qarşısında ağır sərt qoyub.
AzNews.az


Xəbəri paylaş

5488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___