Bir neçə gündür ki, ölkə ərazisində anomal istilər müşahidə edilir. Paytaxtda havanın maksimal temperaturu 42 dərəcəyə, rayonlarda isə 44 dərəcəyədək yüksəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, quru və qızmar hava kütlələrinin cənub şərqdən ölkə ərazisinə daxil olması ilə əlaqədar olaraq hava günəşli və isti keçdi:
"2020-ci ildə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 40.4 dərəcə idisə, artıq 2021-ci ildə 42 dərəcədəyək isti müşahidə edilib.
Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında temperatur 42-44 dərəcəyədək, dağlıq ərazilərdə isə 32 dərəcəyədək yüksəlib. Lakin bir neçə gün davam edən isti hava şəraitindən sonra bu gündən etibarən cənub şərq küləyi mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu artıq ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı enəcək".
Bu gündən temperatur 4-5 dərəcə aşağı düşəcək
Tarix: 29-06-2021 | Saat: 11:24
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
3448 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-06-2021 | Saat: 11:24
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
13-12-2019, 16:44
Bu il xarici kəşfiyyata işləyən 15 nəfər müəyyən edildi - Azərbaycanda
19-07-2017, 10:59
Səidənin toyda paltarı cırıldı – Video
27-02-2017, 21:32
Əsas məqsəd məhsullarımızın ixracıdır - Prezident
20-11-2020, 11:44
Prezident İlham Əliyev xalqa müraciət etdi
16-03-2017, 18:22
Əfv sərəncamına düşənlərin siyahısı
18-05-2021, 08:58
Nazir 36 il sonra yenidən İsa Bulağında - FOTO
10-07-2023, 13:49
Professordan istilərlə bağlı xəbərdarlıq: "Belə davam edərsə..."