Ağcaqanad dişləyəcəyi adamı NECƏ SEÇİR?
Tarix: 20-06-2021 | Saat: 16:01
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
3398 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-06-2021 | Saat: 16:01
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Müəyyən qan qrupuna malik insanların ağcaqanadlar üçün daha cazibəli olması barədə söhbətlər əsassızdır.
"Sputnik" xəbər verir ki, bunu Moskva Dövlət Universitetinin ümumi ekologiya və hidrobiologiya kafedrasının əməkdaşı Vadim Maryinski deyib.
Bioloq bildirib ki, ağcaqanadlar üçün tamamilə başqa parametrlər vacibdir.
"Onlar üçün insandan gələn iy və ayrılan hərarət vacibdir. Qanı müəyyən qrupa aid olan insanların ağcaqanadları daha çox cəlb etdiyinə dair çoxlu uydurma söhbətlər var. Əslində isə hər şey daha sadədir. Əgər insan çox tərləyirsə, ağcaqanadlar üçün onu tapmaq daha asandır", - deyə Maryinski bildirib.
Bioloq onu da qeyd edib ki, ağcaqanadlar çox tərləyən insanlara "yapışırlar", lakin bu o demək deyil ki, onlar digər insanları rahat buraxırlar.
"İnsanlar qrup şəklində, məsələn meşədə hərəkət edirsə, yaxud eyvanda oturub çay içirlərsə, ağcaqanadlar dəstəsi artıq insan qrupunu tapdıqdan sonra, onlar kimi dişləyib-dişləməməyi seçmirlər. Onların kimlərinsə qanına daha çox üstünlük verdiklərini istisna etmək olmaz, lakin əgər insanlar qrup şəklində bir yerdədirlərsə, ağcaqanadların qurban seçimində nəyə üstünlük vermələri aşkar müşahidə olunmur," - deyə Maryinski bildirib.
Xəbəri paylaş
Digər xəbərlər
14-03-2017, 18:58
İnstagram istifadəçilərinin nəzərinə: Parolları dərhal dəyişin – FOTO
14-10-2022, 09:56
Ağgöl Milli Parkında atışma - Bir nəfər axtarışa verildi - FOTO
15-03-2018, 16:28
Bakıda 16 yaşlı qız itkin düşüb
27-10-2015, 12:31
DİN Bakıda polisin güllələnməsi ilə bağlı məlumat yaydı - YENİLƏNİB 3
23-12-2015, 20:44
AHİK neftçilərin ailələrinə maddi yardım göstərdi
25-09-2015, 12:22
Müdafiə nazirliyi: Azərbaycan ordusu itki verməyib
5-10-2015, 15:18
Qoqolun başsız meyiti
27-09-2017, 11:35
Respublika Klinik Xəstəxanasında İNTİHAR: xəstə özünü pəncərədən atdı
22-09-2018, 22:51
Sevgilisi hamilə olan aktyor sabah evlənir