Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İnstagram istifadəçilərinin nəzərinə: Parolları dərhal dəyişin – FOTO
Tarix: 14-03-2017 | Saat: 18:58
Bölmə:Karusel / Texnologiya | çapa göndər

İnstagram istifadəçilərinin nəzərinə: Parolları dərhal dəyişin – FOTO



"ESET" şirkətinin mütəxəssisləri Instagram-dan istifadəçi məlumatlarını oğurlayan 13 zərərli tətbiqi aşkar ediblər.

"Xəbəraz.az "technote-a istinadən xəbər verir ki, sözügedən tətbiqlər guya, Instagram-dakı izləyici, bəyənmə və şərh sayını artırmaq üçün nəzərdə tutulub.

İstifadəçilər isə bu ümid ilə həmin tətbiqləri yükləyiblər. Siyahıdakı tətbiqlərdən hər hansı birini yüklədikdən sonra istifadəçi öz login və şifrəsini, tətbiqdə qeyd edib heç nədən şübhələnmirdi.

Həmin məlumatlar isə hakerlərə sadə mətn formatında çatırdı. Sözügedən virus "Android /Spy.Inazigram" adını alıb. Lakin məsələ burasındadır ki, istifadəçi öz login və şifrəsini düz qeyd etsə belə, tətbiq onun səhv olduğunu bildirir.

Bu, onunla əlaqədardır ki, Instagram istifadəçiyə, planlaşdırılmamış giriş barədə xəbər verir.
İstifadəçi isə öz növbəsində, Instagram-da şübhə yaratmamaq üçün hakerlərin adından öz məlumatlarını təsdiqləyir.

Mütəxəssislər qeyd ediblər ki, sözügedən tətbiqləri, əsasən, Instagram səhifələrinin izləyici sayını qaldıran saytlar yükləyiblər.

Hack olunmuş istifadəçi səhifələrinin vasitəsilə digər istifadəçilərə spam göndərilir və izləyici, bəyənmə və şərh artırma paketləri satılır.

Hal-hazırda sözügedən tətbiqlər, "Google Play"dən pozulub. Əgər siz siyahıdakı tətbiqlərdən hansınısa yükləmisinizsə, onda dərhal öz Instagram istifadəçisinin şifrəsini dəyişin.


İnstagram istifadəçilərinin nəzərinə: Parolları dərhal dəyişin – FOTO


Xəbəri paylaş

7868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___