DİN Bakıda polisin güllələnməsi ilə bağlı məlumat yaydı - YENİLƏNİB 3
Tarix: 27-10-2015 | Saat: 12:31
Bölmə:M / Karusel / Hadisə | çapa göndər
Güllə polis zabitinin budunu dəlib keçib
Daxili İşlər Nazirliyi Bakıda polisin güllələnməsi ilə bağlı məlumat yayıb.
Xəbəraz.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan açdığı atəşlə İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk ediblər.
Görülmüş tədbirlərlə onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy tutulub və ondan kustar üsulla hazırlanmış tapança götürülüb.
Araşdırmalar aparılır.
*****
11:11
Bakıda polislərə atəş açılması hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, gecə saatlarında 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Bayramov İltifat Nizami oğlu digər polis əməkdaşları ilə birgə bölmənin ərazisinə gecə gəzintisinə çıxıb. Polis əməkdaşları R.Məmmədov küçəsi 12 ünvanında şübhəli şəxs hesab etdikləri əvvəllər məhkum olunmuş Antonov Yevgeni İqoryeviçi saxlamaq istəyiblər. Bu zaman Y.Antonov "Naqan" tipli tapançadan polislərə 4 dəfə atəş açıb. Güllələrdən biri İ.Bayramovun buduna tuş gəlib və onun sol budunun yuxarı üçdəbir hissəsini dəlib keçib.
Yaralı polis zabiti əvvəlcə 3 saylı şəhər xəstəxanasına, oradan da DİN-in hospitalına aparılıb.
*****
10:24
Bakıda polis əməkdaşının güllələnməsinin bəzi detalları məlum olub.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı İltifat Bayramov bir neçə polis əməkdaşı ilə birgə xidmətdə olarkən naməlum şəxs onlara tapançadan bir neçə dəfə atəş açıb. Güllələrdən biri İ. Bayramova dəyib. Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni tərədən Yevgeni Antonov tutulub. Ondan hadisədə istifadə etdiyi “Naqan” tipli tapança götürülüb.
Faktla bağlı Xətai Rayon Prokurorlu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
**
10:14
Bakıda silahlı insident olub.
APA-nın məlumatına görə, hadisə oktyabrın 25-dən 26-na keçən gecə Xətai rayonu ərazisində qeydə alınıb.
Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı güllələnib. Polis zabiti xəstəxanaya yerləşdirilib.
Xətai Rayon Polis İdarəsindən APA-ya faktı təsdiq ediblər. Polis əməkdaşının adı açıqlanmasa da, hadisəni törədən şəxsin artıq tutulduğu bildirilib. İnsidentin motivi də hələlik açıqlanmır.
Xəbəri paylaş
4908 dəfə oxunub.
Digər xəbərlər

17-01-2018, 12:23
2 ildir efirə çıxmayan cazibədar müğənni tanınmaz hala düşdü - Yaman xarab olub - FOTO
14-04-2016, 13:33
Ukraynanın yeni baş naziri bəlli olub
22-12-2021, 20:19
Türkiyədə İran maşınından yarım ton "patı" çıxdı
30-12-2022, 11:43
Damladan Talıbovdan yüksək qonorar almasına - Reaksiya
2-03-2021, 19:30
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
25-06-2017, 12:34
"Həzm edə bilməyənlər, getsinlər, su içsinlər" - Hüseyn Əzizoğlu
18-01-2016, 10:50
Azərbaycanlı yarışmaçılar "O Ses Türkiyə"dən uzaqlaşdırıldılar (VİDEO)
11-08-2023, 15:29
DƏHŞƏT!Lənkəranda 12 yaşlı qız qardaşı ilə oynayarkən boynu sınaraq ölüb
6-05-2022, 11:22
Azərbaycanda İLK: Məzarlara baxım xidməti yaradıldı - FOTO